Həzrət Ayətullah Həzrət Ayətullah Şeyx Bəşir Hüseyn Nəcəfinin Həzrət Ayətullah Seyid Muhəmməd Sadiq Əl-Hüseyni Əl-Ruhaninin vəfatı münasibətilə baş sağlığı bəyanatı. 17/12/2022 |
Bağışlayan və mehriban Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha,
salavat və salam olsun onun yaratdığının ən xeyirlisi Muhəmməd və onun ailəsinə,
onların bütün bütün düşmənlərinin üzərinə lənət olsun. Uca Allah buyurur: (O kəslər ki, başlarına
bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” deyərlər. Böyük alim Həzrət Ayətullah Seyid Məhəmməd Sadiq əl-Hüseyni ər-Ruhaninin ( ruhu şad
olsun ) bu fani dünyadan getməsi xəbərini böyük kədər və ağrı ilə aldıq. Uzun
ömrünü oxumaq, öyrətmək və yazıb-yaratmaqla keçirdi. Beləliklə, Allah onun üçün
öz seçdiklərinin məskəni olaraq babası Allahın Rəsulunun (s.ə.v.s )-in yanında
oturmağa və anası xanım Zəhra (ə.s )-ın ətrafında olmağa və onun möhtərəm qardaşı,
mərhum ustadımız, böyük nüfuz sahibi, böyük Ayətullah Seyid Məhəmməd ər-Ruhani
ilə bir yerdə olmağa qərar verdi. Bu səbəbdən də Allahın vəlisinə İmam Mehdi (ə.f )-ə və elmi hövzəyə və
Əhli-Beyt (ə.s )-ın ardıcıllarına və mərhum Seyidin ailəsinə baş vermiş bu müsibətə görə başsağlığı
veririk. Allah ona rəhmətini şamil etsin, çünki o, mərhəmətli
və dostdur. Nəcəful Əşrəf Bəşir Hüseyn Əl-Nəcəfi 22-Cəmadiul əvvəl-
1444-ci hicri ili.
|