Ayətullah əl üzma Şeyx Bəşir Nəcəfi Həzrət Əbəlfəzl Abbas (ə)-ın hərəmindən gələn heyəti qəbul etmişdir
26/7/2022
Ayətullah əl üzma Şeyx Bəşir Nəcəfi Həzrət Əbəlfəzl Abbas (ə)-ın hərəmindən gələn heyəti qəbul etmişdir.Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) Nəcəf və İmam Əli(ə)-ın qonşuluğunda olan cavanların İmam Əli(ə)-ın xüsusiyyətlərindən şücaət iman və təqva kimi sifətlərin olmasının vacibliyindən söhbət açdı.Həmçinin Kərbəla da olanlar isə İmam Hüseyn (ə) və qardaşı Həzrət Əbəlfəzl(ə) kimi təqva iman və səbr və zöhd kimi sifətləri özlərində aşılamalıdır.Bu sifətləri özünüzdə kəsb etməyinizi sizə tapşırıram.Hörmətli mərcəi təqlid( kölgəsi davamlı olsun)hər gün özünü hesaba çəkməyin əhəmiyyətindəndə söhbət açdı və bununla insan özündə təqvanı daha möhkəmləndirəcəyini bildirdi.Əhli beyt(ə)-ın sifətlərini öz həyatınızda və rəftarınızda aşılamağa çalışın.Bu size dünya və axirətdə xoşbəxt edəcək.