Ayətullah əl üzma Şeyx Bəşir Nəcəfinin mərkəzi ofisində Məhərrəm ayının daxil olması ilə əza məclisləri başlamışdır
30/7/2022
Ayətullah əl üzma Şeyx Bəşir Nəcəfinin mərkəzi ofisində Məhərrəm ayının daxil olması ilə əza məclisləri başlamışdır.Məclisdə hövzənin ustad və tələbələri ilə yanaşı möminlər də iştirak edirlər.Minbərə Şeyx Hafiz Duceyli çıxaraq İmam Hüseyn(ə)-ın müsibətindən növhə və qəsidələr söyləyir.O həzrətin Kərbəla məktəbindən söhbətlər edir.
Ayətullah əl üzma Şeyx Bəşir Nəcəfinin mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi bildirdi ki,hər il olduğu kimi bu ildə mərkəzi ofisdə hörmətli mərcəi təqlidin iştirakı ilə əza məclisləri keçirilir.Bu məclislərin keçirilməsi dinin ayaqda qalması və bəşəriyyətin islahı üçündür.