Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrədəki ofisinin nümayəndə heyəti imam Hüseynin (ə.s) hərəmində könüllü olan İmam Həsən Əskərinin (ə.s) qrupundakı qardaşlar ilə görüşür

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrədəki ofisinin nümayəndə heyəti imam Hüseynin (ə.s) hərəmində könüllü olan İmam Həsən Əskərinin (ə.s) qrupundakı qardaşlar ilə görüşür



25/2/2024


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrə şəhərinin / Qurna bölgəsindəki nümayəndə heyəti İmam Həsən Əskərinin (ə.s) qurupu olan imam Hüseynin (ə.s) hərəminin könüllü xidmət göstərən qardaşları ilə görüşüb.

Şeyx Müsənna Rubeyi imam Həsən Əskərinin (ə.s) qrupunda olan qardaşları ziyarət etmək səfərindən danışdı. Bu səfərdə məqsəd, onların milyonların olduğu ziyarətdə iştirak edən ziyarətçilərə xidmətdə gördükləri gözəl və böyük işlərin üzərində dayanmaq və könüllü xidmət göstərən qardaşların xidmət borcunu bütün fədakarlıq və cəsarətlə yerinə yetirdiklərini görmək idi.

O, sözünə davam edərək dedi: Bizə bu gün, onların zəhmətlərinin tanınmasında və onlara təşəkkür etməkdə müvəffəq olduq. Allah-taalanı əzəmətli Peyğəmbərin (s.ə.v.s) ailəsinə and veririk ki, bu xidməti hər kəsdən qəbul etsin, həqiqətən o eşidən və duaları qəbul edəndir.

Şeyx Rubeyi müqəddəs ziyarətgahlarda xidmət edən bu könüllü qardaşların xeyriyyə işlərini və onların Peyğəmbər Əhli-beytinə (ə.s) sevgi və sədaqətini ifadə edən mövqelərini yüksək qiymətləndirdi.




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla