Hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) mərkəzi ofisi müqəddəs Ramazan ayı münasibətilə illik məclis keçirmişdir

Hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) mərkəzi ofisi müqəddəs Ramazan ayı münasibətilə illik məclis keçirmişdir



22/3/2023


 Hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) mərkəzi ofisi Nəcəful-Əşrəf çəhərində mübarək Ramazan ayı münasibətilə illik moizə və hidayət məclislərinə başlayıb. Mübarək gecələrdə minbərə hörmətli imam Hüseyn (ə.s) xətibi şeyx Əla Kəbi çıxıb. Məclis hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) hüzurunda və himayəsində baş tutmuşdur.

Məclisdə elmi mərkəzin tanınmış şəxsiyyətləri, ustad və tələbələri, eləcə də İraq cəmiyyətinin digər təbəqələri və möminlər iştirak edirdi.

Hörmətli mərcəi təqlidin (kölgəsi  davamlı  olsun) təmsilçisi və mərkəzi ofisinin müdürü şeyx Əli Nəcəfi çıxışında dedi: “İllik təbliğat və hidayət məclisi fəzilətli ayın gəlişi ilə əlaqədar təbərrük olaraq keçirilir. Minbərdə Əhli-Beytin (ə.s) əxlaqı və tərcümeyi-halı haqqında əxlaqi mühazirələr və Əhli-Beytin (ə.s) yaşadığı tarixi hadisələr və mövqeləri və diktatorların əli ilə məruz qaldıqları haqsızlıqlar haqda danışılacaq". .




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla