Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babildəki ofisinin nümayəndə heyəti Şiə ziyarətgahları və xətiblər birliyinin birinci forumunda iştirak etmişdir

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babildəki ofisinin nümayəndə heyəti Şiə ziyarətgahları və xətiblər birliyinin birinci forumunda iştirak etmişdir



28/2/2023


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babil şəhərinin mərkəzindəki nümayəndə heyəti müqəddəs Nəcəful-Əşrəf şəhərində keçirilən Şiə ziyarətgahları və Xətiblər Dərnəyinin ilk iclasında iştirak etmişdir.

Seyid Əziz Əmidi bu konfrans haqqında dedi: “Bu iştirak, şərafətli elmi mərkəzin ustad və tələbələrindən hörmətli və fəzilətli şəxsiyyətləri ilə əlaqə yaratmaq çərçivəsində baş tutdu. Bu konfrans Nəcəful-Əşrəf şəhərində şərafətli minbərin təbliğatçıları üçün keçirilən ilk görüşdür".

O, sözünə davam edərək dedi: “Konfrasda həqiqi İslam mədəniyyəti və şəxsiyyətini yaymaq məqsədi daşıyan Hüseyni minbəri üçün tələb olunan fənni  tədqiq etməklə, xitabətliyi inkişaf etdirmək və onu böyük İslam minbəri dünyasına çıxarmaq yolları müzakirə edilib”.

Seyid Əmidi konfransa nüfuz edən iman mühitini, orada təqdim olunan təklif və rəyləri yüksək qiymətləndirərək, eyni zamanda bu İslami forum və konfransların nəticələrinin reallığımızın möhkəmlənməsinə töhfə verən əməli ümumi reallığa çevrilməsinin zəruriliyinə çağırıb.  








Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla