Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Süleymaniyyədəki ofisinin nümayəndə heyəti mübarək Şabaniyyə bayramında iştirak etmişdir

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Süleymaniyyədəki ofisinin nümayəndə heyəti mübarək Şabaniyyə bayramında iştirak etmişdir



25/2/2023


Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Süleymaniyyədəki ofisinin nümayəndəsi imam camaat və mərhum seyid Həkimin (r.ə) hüseyniyyəsində saleh imamlarımızın (ə.s) mövludu münasibətilə keçirilən mübarək Şabaniyyə bayramında iştirak edib.

Şeyx Hüseyn Şuravi: Bu imanla dolu olan iştirakımızın əhəmiyyəti məsum Əhli-Beytə (ə.s) və Nübüvvətə (onların üzərinə ənfəzilətli salavat və ən gözəl salam olsun) olan məhəbbət və sədaqətimizi təkid etdiyini vurğuladı.

O, sözünə davam edərək dedi: “Mübarək Şəban ayının gəlişi və Muhəmməd (s.ə.v.s) ailəsinə məxsus nurların, imam Hüseyn (ə.s) və qardaşı Əbulfəzl Abbas  (ə.s) və oğlu imam Səccadın (ə.s) pak mövludları münasibətilə atmosferimizə sevinc və xoşbəxtlik ifadələri yayıldı”.

Şeyx Hüseyn Şuravi çıxışını zəmanənin və əsrin sahibi imam Zaman ağa (ə.f) və bütün mərcəi təqlidlərə kəramətli imamlarımızın (ə.s) mövludu münasibəti ilə təbrik və xeyir dua çatdırmaqla yekunlaşdırdı. Bu, əzəmətli Peyğəmbər Məhəmməd ibn Əbdullah (s.ə.v.s) və onun pak və mütəhhər Əhli-Beytinə (ə.s) olan yaxınlıq, sevgi və eşqindən başqa bir şey deyildir.

Şeyx Hüseyn Şuravi bu mübarək mövlüd ildönümü münasibətilə imam Mehdi Müntəzərə (ə.s), əzəmətli mərcəi təqlidlərə və bütün möminlərə öz təbrik və salamlarını çatdırdı.




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla