Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əmirul-mömininin (ə.s) mövludu münasibətilə İraqdan və xarici ölkələrdən gələn nümayəndə heyətlərini qəbul etdi
25/1/2024
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əmirul-möminin imam Əlinin (ə.s) mövludu münasibətilə təbrik üçün İraqdan və xaricdən gələn nümayəndə heyətlərini qəbul etdi.
O, bu mübarək gün münasibətilə görüş iştirakçılarını təbrik edərək, xanım Fatimə bint Əsədin (ə.s) dərin imana sahib olması sayəsində Kəbə evinə daxil olub, orada Əmirul-mömin imam Əlini (ə.s) dünyaya gətirməyə nail olduğunu vurğuladı.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) Əhli-beyt imamlarının (ə.s) müqəddəs məkanlarına edilən ziyarətlərin qəbul olunduğunun əsas göstəricisinin insanın davranışlarında müsbət dəyişiklik və özünü islah etməsi olduğunu bildirdi. O, bu islahın ailə və cəmiyyətə də təsir edəcəyini, bunun nəticəsində mömin əxlaqı və davranışı ilə Əhli-beytin (ə.s) həqiqi bir təbliğatçısı olacağını qeyd etdi.
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) insanın hər gün kiçik və böyük bütün əməllərini və sözlərini dəyərləndirib öz nəfsini hesaba çəkməsinin vacibliyini vurğuladı.
O, bu xüsusda Əhli-beyt imamlarının (ə.s) rəvayətlərində də vurğulanan bu cəhətin insanı daha yüksək təqva və Allahın razılığına aparacağını bildirdi.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), möminlərin din sahəsində fəqih olmalarının, halal və haramı tanımalarının vacibliyini vurğuladı ki, bu da Allah-taalanın qəzəbinə səbəb olan şeylərdən çəkinməyə imkan yaradır.