Mübarək Ramazan ayının məclisləri Bəsrə şəhərində davam edir… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrə şəhərinin Şafi bölgəsindəki nümayəndəliyi dini maarifləndirmə, nəsihət və irşad məqsədilə mübarək Ramazan məclislərini davam etdirir

Mübarək Ramazan ayının məclisləri Bəsrə şəhərində davam edir… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrə şəhərinin Şafi bölgəsindəki nümayəndəliyi dini maarifləndirmə, nəsihət və irşad məqsədilə mübarək Ramazan məclislərini davam etdirir



17/3/2025


Şeyx Müsənna Rübeyi bildirib: “Mübarək Ramazan ayının gündüz və gecələrində təbliğat fəaliyyətini davam etdirməyə xüsusi diqqət yetiririk. Xüsusilə də nəsihət və irşad məclislərinin təşkili, ümumi maarifləndirici və mədəni fikri mühazirələr silsiləsi çərçivəsində geniş ictimaiyyətə yönəlik təbliğat və mədəni məzmun təqdim etməyə çalışırıq. Bu proqramlar sahə tədqiqatları və insanların mədəni ehtiyac və narahatlıqları ilə bağlı fikir sorğularına əsaslanır. Məqsədimiz bu mübarək günlərdə təbliğat fəaliyyətinin prioritetinə çevrilmiş əsas mədəni, dini və tərbiyəvi problemləri cəmiyyətə çatdırmaqdır".

O, çıxışı zamanı bu mübarək ayın təbliğat baxımından əhəmiyyətinə toxunaraq bildirib ki, bu fürsətdən ibadətlərlə, Allah-taalanın kitabını oxumaqla, tilavət və təcvidlə faydalanmaq lazımdır. Belə ibadətlərin böyük savabı vardır və bu mərasimlər möminlərin fəal iştirakı ilə keçirilir.

Şeyx Rübeyi əlavə edib ki, bu ibadətlərin xüsusi əhəmiyyəti vardır. İmamlarımızdan (ə.s) biri Ramazan ayı haqqında belə buyurmuşdur: “Ramazan ayı daxil olduqda, özünüzü səfərbər edin. Çünki bu ayda ruzilər bölüşdürülür, əcəl yazılır və Allaha doğru yönələnlər qeydə alınır. Bu ayda elə bir gecə vardır ki, orada edilən əməl min ayda edilən əməldən daha xeyirlidir".

 

 

Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla