Vasit şəhəri….Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi İmamlarımızın (ə.s) qəbirlarinin dağıdılması ildönümünə həsr olunmuş etiraz aksiyasında iştirak edib
10/4/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Vasit şəhərinin Kut rayonundaki nümayəndəsi İmamlarımızın (ə.s) qəbirlərinin dağıdılması xatirəsinə keçirilən etiraz aksiyasında iştirak edib.
Bu münasibətlə çıxış edən Şeyx Muhəmməd Bədri bildirib: “Hər il – xüsusilə Şəvval ayının səkkizinci günü – Əhli-beyt imamlarının (ə.s) sevənləri və davamçıları üçün qəm-qüssə yenidən təzələnir. Onlar, zülmkar düşmənlərin və Əhli-beyti (ə.s) sevməyənlərin İmamların (ə.s) ziyarətgahlarını və qəbirlərini dağıdaraq onların müqəddəsliyini tapdaladığı bu iyrənc cinayəti xatırlayırlar".
O, çıxışında bu sualı irəli sürüb: “Bu seçilmiş şəxslərin qəbir və ziyarətgahlarını dağıtmaq, Allah-taalanın Qurani-Kərimdə buyurduğu (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.” ayəsindəki əmrə uyğun sevginin göstəricisidir, yoxsa Allahın “(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır)".
Şeyx Bədri, çıxışında əlavə edib ki, “Bəqi qəbiristanlığı” zaman keçsə də, sağalmayacaq bir yara olaraq qalacaq və əyan bir şahid kimi insanların qarşısında duraraq, səmalar tərəfindən bəşəriyyəti zülmətdən nura çıxarmaq üçün seçilən hidayət rəhbərlərinin haqsızlığa məruz qalmalarını nəql edəcək.