Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Neynəva şəhərində Müqavimət Xalq Səfərbərlik Qüvvələrinin Neynəva Əməliyyatlar Komandanlığını ziyarət edib
10/4/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhəri Sincar rayonundakı nümayəndəsi İraq-Suriya sərhədində yerləşən Müqavimət Xalq Səfərbərlik Qüvvələrinin Neynəva Əməliyyatlar Komandanlığını ziyarət edib.
Seyid Muhəmməd Ərəci komandanlıq qərargahına etdiyi səfər zamanı bu qardaşlıq əlaqəsinin əhəmiyyətindən danışaraq bildirib: “Həmin bölgələrdə yerləşən döyüşçülərin vəziyyəti, ehtiyacları ilə tanış olduq və sərhəddən qaynaqlana biləcək hər hansı terror fəaliyyətinin qarşısını almaq üçün diqqətli və ehtiyatlı olmaları barədə göstəriş verdik".
Seyid Ərəci onu da qeyd edib ki, Haşdi-Şəəbi və təhlükəsizlik qüvvələrinin ön xətdə mövcudluğu, əziz vətənimizin hər bir bölgəsində yaşayan vətəndaşlarımız üçün güvən və arxayınlıq mesajıdır.