Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Sind əyalətindəki Cəfəriyyə Hərəkatının sədr müavinini qəbul etdi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Sind əyalətindəki Cəfəriyyə Hərəkatının sədr müavinini qəbul etdi



9/6/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), Pakistan İslam Respublikasının Sind əyalətində fəaliyyət göstərən Cəfəriyyə Hərəkatının sədr müavini, bölgənin tanınmış alim və xətiblərindən olan Seyid İrşad Hüseyn Nəqəvini və onu müşayiət edən dini şəxsiyyətlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Nəcəful-Əşrəf şəhərinin elmi və mənəvi məqamı, onun İslam kimliyinin möhkəmlənməsində və dünya miqyasında dini və elmi ictimaiyyətə göstərdiyi xidmətlər ətrafında müzakirələr aparılıb.

Seyid Nəqəvi öz növbəsində, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davmlı olsun) İslam və haqq məzhəb naminə göstərdiyi dini xidmətlərə və verdiyi tövsiyələrə görə dərin təşəkkürünü bildirib. O, Uca Allahdan Ayətullah üçün sağlamlıq, rifah və uzun ömür arzulayaraq, onun bərəkətli ömrünün İslam və haqq məzhəbə xidmətlə davam etməsini diləyib.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla