Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcnəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Divaniyyə şəhərində yay ayları üçün məktəb şagirdlərinə fiqh, əxlaq və əqidə mövzularında təşkil etdiyi kurs

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcnəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Divaniyyə şəhərində yay ayları üçün məktəb şagirdlərinə fiqh, əxlaq və əqidə mövzularında təşkil etdiyi kurs



6/6/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcnəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Divaniyyə şəhərinin Ğəmas bölgəsində yerləşən Böyük Ğəmas Məscidində məktəb şagirdləri üçün yay kursu təşkil etmişdir. Kurs fiqh, əxlaq və əqidə dərslərini əhatə edir.

Şeyx İmad Hüceymi bildirib ki, bu yay kursu sözügedən məsciddə bir ay müddətində davam edəcək. Kurs zamanı şagirdlərə müxtəlif fiqhi məsələlər, dini hökmlər və Əhli-beyt (ə.s) elmləri öyrədiləcək. Hədəf, məktəblilərin yay tətilindən səmərəli istifadə etməsi və bu müddətdə dini biliklərlə zənginləşdirilməsidir.

O, əlavə edib ki, dini kurslar çox mühüm əhəmiyyət daşıyır. Buna görə valideynləri övladlarını tezliklə qeydiyyatdan keçirməyə və bu fürsətdən faydalanmağa çağırırıq. Kursun əsas məqsədi İslam kimliyini gücləndirmək, uşaqların düşüncə və idrak qabiliyyətlərini inkişaf etdirməkdir. Bu məqsədlə xüsusi dini proqram hazırlanmışdır.

Şeyx Hüceymi onu da qeyd edib ki, dini kurslar uşaqların mədəni inkişafı üçün mühüm stimul rolunu oynayır. Çünki bu yaşda uşaqların məlumat toplama və bilikləri anlama bacarığı daha sürətli və təsirli olur.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla