Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Düceyl şəhərindən gələn tələbə nümayəndə heyətini qəbul edib və ata qayğısı ilə tərbiyəvi tövsiyələr verib
21/7/2025
Aytullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), Nəcəful-Əşrəfdəki mərkəzi ofisində Düceyli şəhərindən gələn bir tələbə nümayəndə heyətini qəbul edib. Heyətə onun nümayəndəsi və ofisinin müdiri Şeyx Əli Nəcəfi müşayiət edib.
Görüş zamanı Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), gənclərin reallıqlarına toxunan bir sıra tərbiyəvi və ata qayğısı dolu tövsiyələr verərək, indiki çətinliklərlə dolu dövrdə dini və əxlaqi dəyərlərə möhkəm bağlı qalmağın vacibliyini vurğulayıb.
O, xüsusilə valideynlərə – və xüsusilə anaya – hörmətin önəmini xatırladıb və belə deyib: "Ana böyük bir nemətdir və bu neməti qorumaq, onun tərbiyə yolundakı zəhmətini dəyərləndirmək vacibdir. Ona qarşı təvazökar olmaq, əlini öpmək lazımdır. Çünki o, uşaqlarının qəlbinə Əmirul-möminin imam Əlinin (ə.s) sevgisini və Əhli-beytə (ə.s) sədaqəti yerləşdirib.
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) həmçinin gəncləri hər gün özlərini hesaba çəkməyə çağıraraq deyib:
"Hər bir insan günün sonunda özündən soruşmalıdır: bu gün hansı xeyirli və saleh işlər gördüm?"
O, elm öyrənməkdə ciddiyyətli olmağı və faydalı biliklərlə silahlanmağı tövsiyə edib.
Sonda, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Aşura günündə, Muhərrəm ayının onuncu günü Kərbəla savaşında iştirak edən gənclərin qəhrəmanlıqlarını yada salıb. O bildirib ki, həmin qəhrəmanlar səbir, möhkəmlik və sədaqətdə nümunə idilər. Bu günün gəncləri onların izindən getməli və onların mövqelərindən ilham alaraq mömin və vətənpərvər bir şəxsiyyət formalaşdırmalıdırlar.