Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Kūt faciəsinin qurbanları üçün təşkil olunan yas məclislərində iştirak etdi
19/7/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müd Şeyx Əli Nəcəfi, Vasit şəhərində yerləşən bir ticarət mərkəzində baş vermiş dəhşətli hadisənin qurbanlarının ruhuna həsr olunmuş yas məclislərində iştirak etdi.
O, faciə qurbanlarının ailələrinə başsağlığı verib və Uca Allaha dua edərək yaralılara tezliklə şəfa verməsini dilədi.
Bu iştirak, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) adından baş tutub və zərər çəkən ailələrinə səmimi həmrəylik və təsəlli bildirmək, onların dərdinə şərik olmaq məqsədi daşıyıb. Eyni zamanda, mərceiyyətin qurbanlara rəhmət və bağışlanma, yaralılara isə şəfa diləklərini çatdırıb.
Şeyx Əli Nəcəfi ziyarət zamanı vurğulayıb ki, bu faciə hər bir iraqlının vicdanına toxunur və aidiyyəti qurumları bu cür acı hadisələrin təkrar olunmaması üçün lazımi tədbirlər görməyə çağırıb.