Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdaddakı nümayəndəsi Quran mövzusunda elmi-fikri seminar təşkil etdi

Müqəddəs Əbəlfəzl Abbasın (ə.s) Hərəminin Quran İnstitutunun himayəsi ilə

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdaddakı nümayəndəsi Quran mövzusunda elmi-fikri seminar təşkil etdi



4/9/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərinin Cəmilə məhəlləsindəndəki nümayəndəsi “Ənsar Hüseyniyyəsin”də Quran mövzusunda elmi-fikri seminar təşkil etdi. Tədbir Müqəddəs Əbəlfəzl Abbasın (ə.s) hərəminə bağlı Quran İnstitutu və Əllamə Rizavi İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirildi. Seminarda bir qrup müəllim və Quran sahəsi ilə maraqlanan şəxslər iştirak etdilər.

Seminar zamanı doktor Əhməd Yasiri çıxış edərək bildirdi ki, Qurani-Kərim Allahın hidayətinin təzahürü və azğınlıqdan nicatın sirridir. O, bu ayəni xatırlatdı: “Həqiqətən, bu Quran ən düzgün yola yönəldir və saleh əməllər görən möminlərə böyük mükafat olacağını müjdələyir”. (İsra 17/9(

Həmçinin Peyğəmbərimizin (s) hədisini xatırlatdı: “Mən sizlər arasında iki ağır əmanət qoyuram, onlara sarıldığınız müddətdə heç vaxt azmayacaqsınız: Allahın Kitabı və mənim Əhli-beytim (ə.s). Bu ikisi hovuzun kənarında mənə yetişənə qədər bir-birindən ayrılmayacaqlar".

Seyid Yasiri əlavə etdi ki, Qurani-Kərim pisxoloji xəstəliklərinin həqiqi şəfasıdır, qəlb bəlasını aradan qaldırır, dünyada və axirətdə səadət iksiridir. Bu ayəni xatırlatdı:

“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan şeylər nazil edirik. Zalımlara isə bu yalnız ziyana artır”. (İsra 17/82(

O, həmçinin mühazirəsində qeyd etdi ki, Qurani-Kərimin maarifini yaymaq, insanların bu müqəddəs Kitabla mənəvi və ruhi bağlılığını möhkəmləndirir, insanla Yaradanı arasında əlaqəni gücləndirir. Sonda o, bu mübarək ilahi yolu xidmət edən daha çox elmi və fikri təşəbbüslərə çağırış etdi.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla