Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Neynava şəhərində "Nuri Kəbir" Məscidi və tarixi minarəsinin yenidən açılışında iştirak edib
5/9/2025
Neynava şəhərinin Sincar qəzasında Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi "Nuri Kəbir" Məscidi və tarixi minarəsinin yenidən açılışında iştirak edib.
Seyid Mahmud Ərəci bildirib:
“Bu iştirak Mosul şəhərində Böyük Məscidin açılışına dəvət aldıqdan sonra baş tutdu. Açılış ilk cümə günü həyata keçirildi və məscidin yenidən qurulmasından sonra birgə namaz qılındı. Bu məsciddən bir zamanlar qaranlıq qüvvələr, yəni İŞİD terrorçuları çıxmış, ölkəmizə zərər vermək məqsədilə fəaliyyət göstərmişdilər".
O əlavə edib:
“İraq bölünməni, məzhəbçiliyi və haqsız qan tökülməsini tanımır. Bu səbəbdən biz bütün İraq cəmiyyətinin müxtəlif təbəqələri ilə milli kimliyimizi təsdiqləmək üçün iştirak etdik. Bu isə müqəddəs cihad fətvası və igid övladlarının qanı sayəsində, həmçinin cihadçı Haşdi-Şəbi qüvvələri və digər silahlı qüvvələrin iştirakı ilə İŞİD terrorunun tamamilə məhv edilməsi nəticəsində mümkün oldu, İnşallah.
Seyid Ərəci həmçinin vurğulayıb ki, Mosul şəhərində bu açılışın əhəmiyyəti böyükdür, çünki şəhər terrorçulardan azad edilib və bu hadisə sülh və birgəyaşayışın simvoluna çevrilmişdir.