Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi, İran İslam Respublikasında Quran Birliyi Forumunda iştirak edib
5/9/2025
Bəsrə şəhərinin Mədinə qəzasından Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən Quran Birliyi Forumunda iştirak edib.
Seyid Muhəmməd Cabiri bildirib:
“İştirak dəvət əsasında baş tutdu və məqsəd forum çərçivəsində dialoq toplantıları və seminarlarla əlaqələri gücləndirmək, həmçinin forumun gündəliyində olan mövzuları müzakirə edərək Allah-taalanın kitabına xidmət edən Quran proqramlarını inkişaf etdirməkdir".
O əlavə edib:
“İraq bu sahədə böyük fəallığa malikdir. Xüsusilə Ərbəin ziyarəti zamanı başlatılan müxtəlif proqramlar Quran mədəniyyətinin yayılmasına xidmət edir. Bu mədəniyyətin yayılması müasir çağırışlarla üzləşmək və cəmiyyəti möhkəmləndirmək üçün zəruridir".
Seyid Cabiri həmçinin vurğulayıb ki, bu iştirak region ölkələri arasında İslam birliyinin dəyərlərini möhkəmləndirir və İraqın regional və beynəlxalq müstəvidə rolunu gücləndirir.