Ayətullah əl- Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İran İslam Respublikasından olan mömin zəvvar heyətlərinə şəri tövsiyələr və dini göstərişlər təqdim etdi
27/9/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdəki mərkəzi ofisində İran İslam Respublikasından gələn zəvvar heyətlərini ayrı-ayrılıqda qəbul etdi. Bu görüşlər Onun irşadi, dini və atalıq proqramının bir hissəsi idi.
Heyətlər hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı olsun) təqdim etdiyi bir sıra şəri nəsihətləri və dini göstərişləri dinlədilər. Bu göstərişlərin əsas məzmununu İraqdakı müqəddəs ziyarətgahların ziyarət qaydaları və şərtləri ilə bağlı irşadlar, həmçinin sağlam və saleh cəmiyyət qurmaq üçün mənəvi və fərdi tərbiyə mövzusundakı tövsiyələr təşkil edirdi.
Ayətullah əl Üzma Nəcəfi (kölgəsi davamlı olsun) İraqın dini əhəmiyyət və məqamını vurğulayaraq bildirdi ki, zəvvar Allahın razılığına, Onun Rəsulunun (s) və Nübüvvət Əhli-beytinin (ə.s) razılığına nail olmaq üçün böyük bir fürsətə sahibdir. Bu isə nəfsin islahı, doğru yoldan uzaqlaşdıran günah və azğınlıqlardan çəkinməklə mümkündür. O, hər bir möminin gündəlik şəkildə özünü hesaba çəkməsini və Uca Yaradanla bir daha iman saflığını pozacaq günahlara qayıtmamaq barədə əhd bağlamasını tövsiyə etdi.
Görüşlərin sonunda Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) iştirakçıların suallarını dinlədi və onlara cavab verdi. Sonda Uca Allaha dua edərək, möminləri hifz etməsini və onları hidayət və islah yolunda sabitqədəm etməsini dilədi.