Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi Xanım Zəhra (s.ə) haqqında dini mühazirə keçirdi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi Xanım Zəhra (s.ə) haqqında dini mühazirə keçirdi



6/10/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki ofisinin nümayəndəsi Xanım Fatimətuz-Zəhra (s.ə) və onun mübarək həyatı barədə dini mühazirə təşkil etdi. Tədbirdə “kifai fətvası”nın qəhrəmanlarından bir qrup iştirak etdi.

Şeyx Həsən Tai mühazirəsində bildirdi: “Həzrət Fatimətuz-Zəhranı (s.ə) tanımağın əhəmiyyəti ondadır ki, O, həyatın bütün sahələrində qadın üçün ən gözəl nümunədir. O, elmi və dini bir məktəb, elm, iman və səadət qapısı, nicat ölçüsü və Yaradanın qüdrətinin təcəllasıdır. Onun həyatının öyrənilməsi müsəlmanlara bərəkət bəxş edir, onları zamanın imamını tanımağa yönəldir və İslam dinini düzgün anlamaq üçün əsas mənbə rolunu oynayır – bunda heç bir şübhə yoxdur".

O, həmçinin qeyd etdi ki, Xanım Zəhra (s.ə) İslamda elmi bir məktəb idi. Qadınlar Onun ətrafında toplanar, ondan İslam elmlərini öyrənərdilər. O, ailə və həyat yoldaşı kimi məsuliyyətlərini yerinə yetirməklə yanaşı, özünü də maarifləndirir və başqalarına elm öyrədirdi. Həzrət Peyğəmbər (s) isə buyurmuşdur: “İbadətlərin ən fəzilətlisi fiqhdə dərin bilik qazanmaqdır".

Şeyx Tai sözlərinin sonunda vurğuladı ki, biz Əhli-beytlə (ə.s) davamlı əlaqədə olmağa çox ehtiyac duyuruq. Çünki onlar Allah-taalanın qapıları, Onun risalətinin daşıyıcıları, elm xəzinəsinin əmanətçiləri və Rəbbin razılığına, Cənnətinə aparan ən aydın yoldurlar.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla