Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi Əşirə İşləri İdarəsinin nümayəndəliyinə səfər etdi
9/10/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi, ictimai və təbliğ sahələrindəki fəaliyyətləri çərçivəsində Əşirə İşləri İdarəsinin nümayəndəliyinə səfər etdi.
Şeyx Muhəmməd Təhmaz Həsnavi səfər zamanı bildirdi:
“Biz, Allah-taalanın təvfiqi ilə, qəbilə görüşlərini davam etdiririk. Məqsədimiz narkotiklərlə mübarizə yollarını dəstəkləmək, silahın yalnız dövlətin əlində qalmasını təmin etmək, təhlükəsizlik orqanlarını dəstəkləmək, ənənə və ictimai dəyərlərə zidd davranışlardan uzaq durmaq, ifratçılığı rədd etmək, qəbilələr arasında baş verən silahlı qarşıdurmaları və münaqişələri aradan qaldırmaq, eləcə də ölkəmiz – əziz İraqımızda ictimai sülh və təhlükəsizliyi qorumaqdır".
O əlavə etdi ki, nümayəndəlik bu əməkdaşlığı ümumi xeyir naminə daha da möhkəmləndirməyə çalışır:
“Biz müdrik mərcəiyyətin səsini bütün qəbilə başçılarına, ağsaqqallarımıza, qəbilə gənclərinə çatdırırıq ki, ölkəmizdə dinc birgəyaşayış və sabitlik qorunsun".
Şeyx Həsnavi sonda dövlət qurumlarının məsul əməkdaşlarına və İraqın vətənpərvər övladlarına qardaşlıq və əməkdaşlıq ruhunu davam etdirmək səylərinə görə dərin təşəkkürünü və minnətdarlığını bildirdi.