Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi Qadisiyyə Universitetinə səfər edərək Həzrət Peyğəmbər Əkrəmin (s) həyatı mövzusunda keçirilən elmi seminarda iştirak etdi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi Qadisiyyə Universitetinə səfər edərək Həzrət Peyğəmbər Əkrəmin (s) həyatı mövzusunda keçirilən elmi seminarda iştirak etdi



9/10/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə vilayətindəki nümayəndəsi Qadisiyyə Universitetinin Tərbiyə fakültəsinə səfər etdi. Bu səfər, Rəhmət Peyğıəmbərin (s) həyatına həsr olunmuş elmi və fikri seminara dəvət əsasında həyata keçirildi.

Şeyx Muhəmməd Təhmaz Həsnavi səfər haqqında dedi:

“Qadisiyyə Universitetinin Tərbiyə fakültəsinə səfərimizin məqsədi bizə ünvanlanan dəvətə əsasən Rərhəmət peyğəmbərin (s) həyatı barədə keçirilən elmi seminarda iştirak etmək idi. Bu, həm də ümumi xeyir naminə əməkdaşlığımızı möhkəmləndirmək və fakültənin əziz tələbələrimiz üçün göstərdiyi dəyərli xidmətlərlə yaxından tanış olmaq üçün gözəl bir fürsət idi".

O, əlavə etdi ki, nümayəndəlik bu əməkdaşlığın gücləndirilməsi və elmi-akademik səviyyənin yüksəldilməsi üçün zəruri dəstək ruhunu yaymaq istiqamətində çalışır:

“Elm cəmiyyətlərin inkişafının əsas dayağı, ölkələrin tərəqqisinin təminatıdır. Əldə edilən uğurlu nəticələr, şübhəsiz ki, həyatın bütün sahələrində birliyimiz və həmrəyliyimiz sayəsində mümkün olur".

Şeyx Həsnavi sonda universitetin və fakültənin hörmətli professorlarına dərin təşəkkürünü və minnətdarlığını ifadə edərək, onların ictimai xeyir naminə göstərdikləri səmərəli səyləri yüksək qiymətləndirdi.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla