Bağdadda Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Xanım Fatimətuz-Zəhranın (ə.s) həyatına dair məruzəyə himayədarlıq edib.
23/11/2025
Bağdad şəhərinin, Cəmilə məhəlləsində yerləşən “Ənsar” hüseyniyəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi tərəfindən Xanım Fatimətuz-Zəhranın (ə.s) həyat və şəxsiyyətinə həsr olunmuş dini məruzə keçirilib.
Məruzə zamanı çıxış edən Seyid Əhməd Yasiri Xanım Fatimətuz-Zəhranın (ə.s) həyat yolundan bəhs edərək bildirib: “Xanım Fatimətuz-Zəhra (ə.s) bəşəriyyət tarixi boyu qadın üçün ən üstün nümunədir. Xaliqlə (uca və əzəmətli Allahla) münasibətlərində uğur qazanmaq, axirətdə cənnətə nail olmaq və dünyada müxtəlif sahələrdə — ailə həyatı, tərbiyə və cəmiyyətin qurulması kimi — müvəffəqiyyət əldə etmək istəyən hər bir qadın üçün Xanım Fatimətuz-Zəhranı (ə.s) özünə nümunə və gözəl örnək götürməsi son dərəcə mühümdür və bunda heç bir şübhə yoxdur".
O, sözünə davam edərək qeyd edib: “Xanım Fatimətuz-Zəhra (ə.s) ləyaqət, qəhrəmanlıq və məzlumluğun rəmzidir və Peyğəmbərin (s) ölçü və göstərişlərinə əsasən uğurlu şəxsiyyətin formalaşdırılması üçün ən gözəl nümunədir. Onun pak şəxsiyyəti vasitəsilə elm və mərifəti tanıyırıq. O, Allahın aləmlərin alimi tərəfindən öyrədilmiş, yaradılmışların ən biliklisi olan atası Muhəmməd Peyğəmbərin (s) elmindən bəhrələnmiş alimədir. Onun vasitəsilə bəndə ilə Xaliq arasında həqiqi münasibətin necə qurulduğunu dərk edirik. Çünki o, namaz, oruc və dua kimi ibadətlərdə Allahla xüsusi iman əlaqəsi ilə seçilirdi".
Məruzənin sonunda Seyid Yasiri Xanım Fatimətuz-Zəhranın (ə.s) şəhadəti münasibətilə imam Mehdiyə (ə.f), mərcəi-təqlidlərə və bütün İslam ümmətinə başsağlığı verib.