Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Dünya Quran Günü və Peyğəmbərin (s) Besət bayramı münasibətilə keçirilən Qurani-Kərim məclisində iştirak edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi Dünya Quran Günü və Peyğəmbərin (s) Besət bayramı münasibətilə keçirilən Qurani-Kərim məclisində iştirak edib



16/1/2026


Bəsrə – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrə şəhərindəki nümayəndəsi Mədinə qəsbəsində Dünya Quran Günü və Mübarək Peyğəmbərin (s) besətinin ildönümü münasibətilə təşkil olunan Qurani-Kərim məclisində iştirak edib. Tədbirdə seçilmiş qiraət ustaları və Quran sahəsinə maraq göstərən çoxsaylı iştirakçılar yer alıb.

Seyid Muhəmməd Cabiri bu münasibətlə verdiyi açıqlamada bildirib: “Bu məclisdə iştirakımız Qurani-Kərimlə bağlı mühüm günlərin dirçəldilməsinin əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Belə tədbirlər iman və əxlaqi dəyərlərin möhkəmlənməsində, həmçinin Quranın İslam ümməti üçün həyat yolu kimi qəbul olunmasında böyük rol oynayır".

Seyid Cabiri əlavə edib ki, məclis müxtəlif Qurani proqramları əhatə edib. Təsirli tilavətlər Qurani-Kərimin uca məqamını əks etdirməklə bu mübarək günün xüsusi mənəvi ab-havasını canlandırıb. O, həmçinin qeyd edib ki, tədbir çərçivəsində Qurana xidmət göstərən qiraətçilərə təşəkkürnamələr təqdim olunub və Allahdan bu əməllərin saleh əməllər sırasında qəbul olunması dilənib.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla