Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bağdad şəhərindəki nümayəndəsi Livan və İran xalqlarına dəstək məqsədilə ianə toplama kampaniyasına rəhbərlik edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bağdad şəhərindəki nümayəndəsi Livan və İran xalqlarına dəstək məqsədilə ianə toplama kampaniyasına rəhbərlik edib



29/3/2026


Bağdad – Nəcəful-Əşrəfdəki Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) çağırışına cavab olaraq, ofisinin Bağdad üzrə nümayəndəsi Livan və İran xalqlarına dəstək məqsədilə ianə toplama kampaniyasına rəhbərlik edib. 

Şeyx Kərrar Suveydi qeyd etmişdir: “Bu mübarək kampaniya İslam ümmətinin övladları arasında həmrəylik və qarşılıqlı dəstək dəyərlərinin təcəssümüdür”. O vurğulayıb ki, möminlərin geniş iştirakı zülmə məruz qalanlara yardım etmək və çətin şəraitdə olan xalqların yanında durmaq məsuliyyətinin və şüurunun dərinliyini göstərir. 

O əlavə edib ki, kampaniyanın davam etməsi humanitar və əxlaqi bir mesajdır və iraqlıların xeyriyyə və yardım sahəsində fəal iştirakını nümayiş etdirir. Həmçinin bu təşəbbüsə fəal şəkildə qoşulmağa çağıraraq qeyd edib ki, bu cür yardımlar zərərçəkənlərin əziyyətinin azaldılmasına böyük təsir göstərir. 

O, həmçinin bildirib ki, kampaniya cəmiyyət üzvləri tərəfindən geniş dəstək görüb; insanlar maddi və qeyri-maddi yardımlar təqdim edərək İslam və insani həmrəylik ruhunu ifadə ediblər. 




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla