Bəsrə şəhərindəki Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyinin heyəti İraq şəhidlərinin bir sıra ailələri ilə görüşüb

Bəsrə şəhərindəki Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyinin heyəti İraq şəhidlərinin bir sıra ailələri ilə görüşüb



29/5/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəliyinin heyəti İraq şəhidlərinin bir sıra ailələri ilə görüşmüşdür. Bu görüşlər vətən və müqəddəsliklər uğrunda övladlarını fəda etmiş, İraqın təhlükəsizliyi və sabitliyi üçün böyük fədakarlıqlar göstərmiş bu dəyərli ailələrin vəziyyəti ilə yaxından maraqlanmaq məqsədi daşıyan sosial və humanitar fəaliyyətlər çərçivəsində həyata keçirilmişdir.

Şeyx Müsənna Rübeyi nümayəndə heyəti ilə birlikdə şəhid Səttar Əbbadinin ailəsini ziyarət edərkən demişdir: “Bugünkü ziyarətimiz Nəcəful-Əşrəfdəki mərcəiyyət ofisinin göstərişləri əsasında həyata keçirilir. Məqsədimiz şəhid ailələrinin yüksək və əziz məqama malik olduğunu vurğulamaq və onların övladlarının fədakarlıqlarının İraq tarixində daim parlayan stunlar kimi qalacağını bildirməkdir. Şəhidlər torpağı, əqidəni və müqəddəslikləri müdafiə etmək üçün canlarından keçmişlər. Bu fədakarlıqları qorumaq və onların ali dəyərlərini yaşatmaq hər kəsin borcudur. Biz də, inşallah, bu yolda çalışmağa davam edəcəyik".

O əlavə edib: “Mərcəiyyət daim əziz şəhidlərimizin ailələrinin vəziyyətini izləyir və onların övladlarının fədakarlıqlarını böyük qürur və ehtiramla yad edir. Şəhidlərin qanı izzət və möhkəmlik nümunələri yaratmış, cəmiyyəti təhlükələrdən qorumuşdur. Bu gün bizim vəzifəmiz onların yoluna sadiq qalmaq, həyatlarından fədakarlıq, ixlas və vətənə xidmət dərsləri almaqdır.

Şeyx Rübeyi həmçinin başsağlığı və təsəlli verərək, mərcəiyyətin salam və hüzn dolu başsağlığını şəhid Əbbadinin ailəsinə çatdırmış, İraqın qeyrətli qəhrəmanlarının, xüsusilə də şəhidlərin göstərdikləri şücaət və fədakarlıqların keçmişdə olduğu kimi bu gün də izzət, ləyaqət, vətənin və müqəddəsliklərin müdafiəsinin böyük simvolu olduğunu vurğulamışdır.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla