Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəliyinin heyəti Qurban bayramı günlərində xəstəxanalarda yatan bir sıra xəstələri ziyarət etmişdir
29/5/2026
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı nolsun) Bəsrə şəhərindəki nümayəndəliyinin heyəti Qurban bayramı günlərində xəstəxanalarda müalicə alan bir sıra xəstələri ziyarət etmişdir. Bu ziyarət mərcəiyyətin xəstələrə qayğı göstərmək və onların yanında olmaq istiqamətində həyata keçirdiyi humanitar və ictimai fəaliyyətlər çərçivəsində baş tutmuşdur.
Şeyx Müsnna Rübeyi nümayəndə heyəti ilə birlikdə Qurna Ümumi Xəstəxanasına etdiyi ziyarət zamanı demişdir: “Bu mübarək günlərdə xəstəlikdən əziyyət çəkən insanlara yaxın olmağa çalışırıq. Bu, bizim insani və dini vəzifəmizdən irəli gəlir. Borcumuz onların dərdlərinə şərik olmaq, yanlarında dayanmaq və onlara tək olmadıqlarını hiss etdirməkdir. İnşallah, biz onları dualarımızda yad edir və sağlamlıq vəziyyətlərini daim izləyirik".
O əlavə etmişdir: “Bu ziyarətlər Allahın köməyi ilə humanitar proqramlarımız çərçivəsində davam edəcək və mərcəiyyətin insanlara xidmət etmək, ehtiyac sahiblərinə, xüsusilə də davamlı dəstək və qayğıya ehtiyacı olan xroniki xəstələrə yardım göstərmək barədə tövsiyələrinin icrası istiqamətində həyata keçiriləcəkdir".
Şeyx Rübeyi qeyd etmişdir ki, Qurban bayramı günlərində Qurna Xəstəxanasında yatan xəstələrə edilən bu səyyar ziyarətin məqsədi onların sağlamlıq vəziyyəti ilə maraqlanmaq, mənəvi və maddi dəstək göstərməkdir. Bu fəaliyyət mərcəiyyətin ehtiyaclı təbəqələrə qayğı göstərmək və müxtəlif şəraitlərdə onların yanında olmaq prinsiplərinə uyğun olaraq həyata keçirilir.