Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi imam Hüseynin (ə.s) şəhadətini yad etmək məqsədilə dini mühazirələri davam etdirir
19/7/2026
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi imam Hüseynin (ə.s) şəhadətini yad etmək məqsədilə dini mühazirələr keçirməyə davam edir.
Şeyx Həsən Tai mühazirə zamanı bildirib ki, imam Hüseynin (ə.s) xatirəsini yaşatmaq onun uğrunda mübarizə apardığı haqq, ədalət və islah dəyərlərini yaşatmaq deməkdir. O, Hüseyni məclislərin yalnız əzadarlıq mərasimlərindən ibarət olmadığını, eyni zamanda imanlı və şüurlu insanın yetişdirilməsi, məsuliyyət hissinin, dinə və cəmiyyətə bağlılığın gücləndirilməsi üçün bir məktəb olduğunu qeyd edib. Həmçinin vurğulayıb ki, bu günlərdə müşahidə olunan iştirak və fəallıq imam Hüseynin (ə.s) mesajının hələ də ümmətin vicdanında canlı olduğunu və gələcək nəsillərə haqq və düzgünlük yolunu göstərən bir məşəl olaraq qalacağını təsdiqləyir.
O, açıqlayıb ki, imam Hüseyn (ə.s) əsil Muhəmmədi İslamın yaşaması və babası Allah Rəsulunun (s) risalətinin qorunması naminə sahib olduğu ən dəyərli şeyləri fəda edib. Vurğulayıb ki, bizim vəzifəmiz dini maarifləndirməni yaymaq, gözəl əxlaqı möhkəmləndirmək və gəncləri onların mübarək həyat yolu ilə əlaqələndirmək vasitəsilə bu yolu qoruyub saxlamaqdır. O, həmçinin qeyd edib ki, Hüseyni məclislər hər zaman şüur, islah və birlik minbərləri olaraq qalacaq, cəmiyyətlərimizin hər zaman və hər məkanda ehtiyac duyduğu dərsləri bu məclislərdən götürmək mümkün olacaq.
Şeyx Həsən Tai bu ağır müsibət və kədərli faciə münasibətilə mövlamız imam Zamana (ə.f), böyük din alimlərinə və İslam ümmətinə başsağlığı verib.