Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi bir sıra seçilən tələbələrin təltif olunmasında iştirak edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi bir sıra seçilən tələbələrin təltif olunmasında iştirak edib



22/8/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi xoş və bayram əhval-ruhiyyəsi içərisində keçirilən tədbirdə bir sıra seçilən tələbələrin təltif olunmasında iştirak edib.

Seyid Muhəmməd Cabiri bildirib ki, tələbə oğlan və qızların təltif edilməsi onların göstərdikləri səylərə görə təşviq və dəstək mesajıdır. O, həmçinin vurğulayıb ki, elm onlar üçün daha yaxşı gələcəyin qurulması və cəmiyyətə xidmət göstərilməsi yolunda əsas vasitədir.

O əlavə edib ki, tələbələrin əldə etdikləri uğur və nailiyyətlərlə fəxr etmək, onları elm öyrənməyə və daha yüksək nəticələr əldə etməyə davamlı şəkildə dəstəkləməyi və həvəsləndirməyi tələb edir. Beləliklə, onlar vətənin quruculuğunda fəal rol oynayan, şüurlu bir nəslin yetişməsinə və daha yaxşı gələcəyin qurulmasına töhfə verən şəxslər ola bilərlər.

Seyid Cabiri təltif olunan tələbə oğlan və qızları təqdir edərək, onların elmi və həyat yollarında daha böyük uğurlar və nailiyyətlər əldə etmələrini, ümumi mənafeyə xidmət edən nəticələrə nail olmalarını arzulayıb.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla