Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) vəkillər və nümayəndələr şöbəsi Kərbəla şəhərində Fatimiyyə yürüşündə iştirak edən heyətlərin qarşılanması istiqamətində təşkilati və logistika işlərini davam etdirir
22/10/2026
Müqəddəs Kərbəla – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin vəkillər və nümayəndələr şöbəsi hər il keçirilən Fatimiyyə yürüşündə iştirak edən əzadarlıq heyətlərinin qarşılanması üçün zəruri təşkilati və logistika işlərini tamamlamaq istiqamətində səylərini davam etdirir. Bununla yanaşı, müqəddəs Kərbəla şəhərində heyətlərin qəbul edilməsi və onların yürüşdə iştirakının asanlaşdırılması üçün hazırlıq işləri də davam etdirilir.
Hörmətli Hatəm Əmidi bu barədə belə deyib: «Uca Allahın və Əhli-beytin (ə.s) mənəvi inayət və yardımları sayəsində şöbəmiz müqəddəs Kərbəla şəhərində Fatimiyyə yürüşünün təşkili komitəsinin Əməliyyat Qərargahında zəruri hazırlıq işlərini davam etdirir. Əzadarlıq mərasimlərində iştirak etmək məqsədilə bazar günü sübh tezdən yola düşəcək əzadarlıq heyətlərinin qarşılanması üçün lazımi tədbirlər görülüb».
O, həmçinin qeyd edib ki, şöbənin əməkdaşları vahid komanda ruhu ilə fəaliyyət göstərərək heyətlərin bütün ehtiyaclarının təmin olunması üçün səfərbər ediliblər. Xüsusilə də müqəddəs Kərbəlaya mərhələli şəkildə gələn çoxsaylı iştirakçılar üçün nəqliyyat vasitələrinin, yemək və gecələmə yerlərinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Belə ki, Kərbəla şəhəri yürüş iştirakçılarının ilk toplanış məntəqəsi hesab olunur.
Sonda bildirilib ki, əzadarlıq heyətlərinin və Fatimiyyə yürüşünün digər iştirakçılarının qarşılanması, onların iştirakı üçün zəruri şəraitin yaradılması, eləcə də bütün təşkilati və logistika tədbirlərinin tamamlanması istiqamətində işlər davam etdirilir. Müqəddəs Kərbəla şəhərində hazırlıq işləri isə artıq intensiv mərhələyə qədəm qoyub.