Müqəddəs Ələviyyə Şərifə Bint əl-Həsənin (ə.s) ziyarətgahı Fatimiyyə yürüşünün zəvvarları üçün 11 min yemək təqdim etməyə hazırlaşır

Müqəddəs Ələviyyə Şərifə Bint əl-Həsənin (ə.s) ziyarətgahı Fatimiyyə yürüşünün zəvvarları üçün 11 min yemək təqdim etməyə hazırlaşır



23/10/2026


Beşinci ildir ki, ardıcıl olaraq... Babil şəhərinin əzadarlıq heyətləri və xidmət müəssisələri əzadarlıq iştirakçılarını qarşılamağa və onların ehtiyaclarını təmin etməyə hazırlaşırlar.

Babil – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babil şəhərindəki «Əbnəu-l-Mərceiyyətin-Nəcəfiyyə» (Nəcəfi mərcəiyyətinin övladları) toplusunun məsul şəxsi, hörmətli Hüseyn Xəzəli, Ələviyyə Şərifə Bint əl-Həsənin (ə.s) ziyarətgahında Fatimiyyə yürüşündə iştirak etmək məqsədilə Nəcəf-Əşrəf şəhərinə yollanan zəvvarlar üçün təxminən 11 min  yeməyin hazırlanması və təqdim olunması istiqamətində hazırlıq işlərinin davam etdiyini bildirib.

Bu xidmət təşəbbüsü Xanım Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ildönümünü yad etmək məqsədilə keçirilən Fatimiyyə yürüşü çərçivəsində həyata keçirilir və artıq beşinci ildir ki, ardıcıl olaraq davam etdirilir.

Hörmətli Xəzəli bildirib ki, əzadarlıq heyətləri və xidmət müəssisələri qonaqpərvərlik və logistika təminatının hazırlanması istiqamətində səylərini davam etdirirlər. Bu xidmətlərə yeməklərin hazırlanması, eləcə də əzadarlıq iştirakçıları üçün gecələmə və qalmaq yerlərinin təmin edilməsi daxildir. Bütün bunlar cənub vilayətlərindən gələn zəvvarların qarşılanmasına hazırlıq çərçivəsində həyata keçirilir.

Xidmət komitələri zəvvarların mübarək ziyarətgaha qruplar şəklində yönləndirilməsini təşkil edirlər. Beləliklə, zəvvarlar ziyarətgahı ziyarət etmək və orada yemək qəbul etmək şərəfinə nail olduqdan sonra yollarına davam edərək əvvəlcə müqəddəs Kərbəla şəhərinə, daha sonra isə Fatimiyyə yürüşündə iştirak etmək və İmam Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə.s) müqəddəs məzarı önündə əzadarlıq mərasimlərini yeniləmək üçün Nəcəf-Əşrəf şəhərinə yollanacaqlar.

Hörmətli Xəzəli qeyd edib ki, bu səylər Fatimiyyə yürüşünün əzəmətlə keçirilməsinə töhfə vermək və yürüş iştirakçılarına xidmət göstərmək qayğısından irəli gəlir. O, Peyğəmbər Əhli-beytinə (ə.s) vəfa borcunun ifadəsi olaraq əzadarlıq iştirakçılarının qarşılanması, onların xidmət ehtiyaclarının təmin edilməsi üçün bütün imkan və səylərin səfərbər olunmasının davam etdiriləcəyini vurğulayıb.

 

 

Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla