Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Ziqar şəhərindəki nümayəndəsi əzadarlıq heyəti ilə birlikdə illik Fatimiyyə yürüşündə iştirak etmək üçün yola düşüb

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Ziqar şəhərindəki nümayəndəsi əzadarlıq heyəti ilə birlikdə illik Fatimiyyə yürüşündə iştirak etmək üçün yola düşüb



24/10/2026


Şeyx Həsən Xizri: «Şəhər sakinlərinin bu yürüşdə iştirakı Əhli-beytə (ə.s) olan sədaqət və bağlılığın təcəssümü, onların mübarək yolunu davam etdirmək əhdinin yenilənməsidir».

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Ziqar şəhərindəki nümayəndəsi Şeyx Həsən Xizri şəhər sakinlərindən ibarət əzadarlıq heyəti ilə birlikdə illik Fatimiyyə yürüşündə iştirak etmək və Xanım Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ildönümünü yad etmək məqsədilə Nəcəf-Əşrəf şəhərinə doğru yola düşüb.

Şeyx Xizri bildirib ki, Ziiqar şəhərindən əzadarlıq heyətinin yola düşməsi bu hüznlü ildönümünün yad edilməsində dini və vilayət məsuliyyətindən irəli gəlir. Bu əlamətdar hadisə haqq yolunda sabitqədəm olmağın və İslam prinsiplərinə möhkəm bağlılığın böyük mənalarını özündə ehtiva edir.

O, həmçinin qeyd edib ki, bu iştirak Əhli-beytə (ə.s) olan səmimi sədaqətin təcəssümüdür və çətinliklərdən, şəraitin dəyişməsindən asılı olmayaraq, onların mübarək yolunu davam etdirmək əhdinin yenilənməsidir.

Şeyx Xizri vurğulayıb ki, nümayəndəlik Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin göstərişlərinin həyata keçirilməsində, pak Muhəmmədi İslamın ucaldılmasında, eləcə də Peyğəmbər Əhli-beytinin və risalət qaynağının yolunun müdafiəsində fəal rol oynayır. (Allahın salamı və salavatı onların hamısına olsun).



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla