Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Buna şahid gətirməklə yanaşı borcun məbləğini sübut edən kağız yazmaq vacibdor, yoxsa borcu sübut edən kağız yazmaq müstəhəbdir?
Cavab: Allahın adı ilə. Müstəhəbdir vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Əgər borc verən borc alandan borcunu yazmağı və ona şahid tutmağı tələb etsə vacib və ya müstəhəblik bununla qeyidlənir və tələb etmədiyi halda, isə borc alan onu yazmağa vacib və ya müstəhəb olmasına məcbur olmaz?
Cavab: Allahın adı ilə. Qeydlənməyib. Allah alimdir.
Sual: Allahu Təalanın bu ayəsində gəlmiş əmr: (Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın!.) mövləvi yoxsa irşadidir?
Cavab: Allahın adı ilə. Müstəhəb mövlavidir. Allah alimdir.
Sual: Atam dünyasını dəyişdi, məlum oldu ki, onun çox adama borcu var: Bu borcların bəziləri yazılı şəkildə sənədləşdirilib, bəziləri isə sənədləşdirilməyib. Sual: Əgər atamın tanışlarından biri yanıma gələrək atamın ondan borc götürdüyünü iddia etsə də, bunu yazılı şəkildə sənədləşdirməyib, atamın ondan borc götürdüyü ilə bağlı Qurana and içməyə hazır olduğunu desə, Bu halda and içdiyi təqdirdə məbləği qaytarmaq vacibdir?
Cavab: Allahın adı ilə. Əgər siz qeyd etdiyinizi iddia edən birinin iddiasından itminan (arxayınlıq) tapırsınızsa, o zaman öz qənaətinə əməl etmək lazımdır, əgər qənaətlik əldə etməsəniz, sizə və atanıza borc verdiyini iddia edən şəxslə birlikdə həqiqəti aydınlaşdırmaq üçün hakimi şəriə müraciət etmək lazımdır inşallah. Allah hidayət edəndir.
Sual: Bir şəxs başqa bir şəxsə borc vermək üçün bankdan borc götürə, çünki başqa şəxsdə borc götürmək üçün olan şərtlər yoxdur, və bizdə iki müamilə vardır birincisi: Bankla birinci şəxsin arasında, İkincisi: Birinci şəxslə ikinci şəxsin arasında olan müamilə, ikinci şəxs hər ay birinci şəxsə banka ödəmək üçün hər ay pul ödəyir. Birinci şəxs dünyasını dəyişdi və bank onun qalan borcunu bağışladı, ikinci şəxsə birinci şəxsin vərəsələrinə pulun qalan hissəsini ödəməsi vacibdir yoxsa bank birinci şəxsin öhdəsindən borcu silməklə ikinci şəxsin öhdəsində olan borcda silinir?
Cavab: Allahın adı. Əgər borc alan şəxs dünyasını dəyişmiş birinci şəxsdən borc ala bu mənada ki, dünyasını dəyişmiş şəxs bankdan özü üçün borc ala və sonra ikinci şəxsə borc verə, bu halda ikinci şəxsə, pulun hamısını ödəmək vacibdir, Amma əgər dünyasını dəyişmiş şəxs, yalnız bankla borc götürən şəxsin arasında vasitəçi idisə, bu halda borc alan şəxsə pulun qalan hissəsini ödəməsi vacib deyil. Bunu dünyasını dəyişmiş şəxslə ikinci şəxsin arasında olan razılaşmadan (müamilədən) bilmək olar. Allah daha yaxşı biləndir.
Sual: Əgər bir şəxs başqa bir şəxsdən müəyyən miqdarda pul alacağı varsa, borclu olan şəxsin hal hazırda maddi vəziyyəti çətindirsə, ondan evini satıb boynunda olan borcu ödəməyi tələb edə bilər?
Cavab: Allahın adı ilə. Caiz deyil, Allahu təalanın bu əmrinə əməl etməklə ona möhlət vermək vacibdir (Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin). Allah hidayət edən və biləndir.
Sual: Ev alqı-satqısında ticari bir iş görmək üçün banklardan faizli faydalı borc almaq caizdir? Xüsusilə Amerika da bu cürdür, Mənim xristian şərikimə mümkündür onu öz adına və ya mənimlə şərik olan şirkətin adına qeyd edib borc götürsün və mənə həmən puldan şirkətin xeyrinə istifadə etmək mümkündür və sonra xeyir və zərəri öz aramızda bölək?
Cavab: Allahın adı ilə. Sualda fərz olunduğu kimi əgər faizi sən ödəyəcəksənsə haramdır, Bəli əgər pulu yüksək qiymətlə alsan məsələn min dolları min yüz dollara alsan və onu hissə-hissə ödəmək şərti ilə və səninlə onun arasındakı alver söz və dillə olsa və o nə istəyirsə öz qanuni ilə qeyd etsin sənə heç bir şey yoxdur. Allah alimdir.
Əvvəl
1
Sonra