Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:İslam ölkəsi olmayan ölkələrdən, məsələn, Amerika və Avropa kimi yerlərdən gətirilən dərilərin hökmü nədir? Dəri qayışlı saat və ya dəri kəmər taxaraq namaz qılmaq, həmçinin cibdə pul qabı (cüzdan) daşımaq caizdirmi?
Cavab:Allahın adı ilə. Qeyd etdiyiniz hər bir şeydə küfr diyarlarından gətirilmiş təbii dəridən istifadə etməkdən çəkinmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual:Amerika və Avropa kimi qeyri-İslam ölkələrindən gətirilən dərinin və namazda dəri qayışlı saat və ya şalvar kəməri taxmağın hökmü nədir? Həmçinin, namaz əsnasında cibdə pul kisəsi daşımaq icazəlidirmi?
Cavab:Allahın adı ilə. Sadaladığın hər bir şeydən, kafir ölkələrdən gətirilən təbii dəridən çəkinmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Paltarımda məzi olduğu halda (mənidən öncə gələn maye) namaz qılmağım caizdir?
Cavab: Allahın adı ilə, Məzi pakdır. Allah alimdir.
Sual: Kim cins şalvar geyinirsə, onun duası 3 gün qəbul olunmaz. Bu düzgündürmü?
Cavab: Allahın adı ilə, Əgər o, libas namazın əməllərini yerinə yetirməyə mane olmursa, örtülməsi vacib olan hissələrin görünməsinə səbəb olmursa heç bir maneəsi yoxdur. Əgər bu şeylərdən biri baş verərsə, namaz səhih olmaz. Dua qəbul olmaz. Allah (c.c) buyurur: ”Əməllər yalnız müttəqilərdən qəbul olunar”. Allah daha yaxşı biləndir.
Sual: Corab və əlcəklə namaz qılmaq icazəlidir?
Cavab: Allahın adı ilə, Bunlarla namaz icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Bilmək istəyirəm ki, kişilər üçün namaz da bədənin örtülməsinin həddi nədir?
Cavab: Allahın adı ilə, Kişi üçün bədənin örtülməsinin həddi göbəkdən dizə qədərdir. Ehtiyata əsasən namazda sinənin altından dizlərə qədər örtməlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra