Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Diri şəxslər üçün nafilə namazlarını (müstəhəb namazlar) niyyət etmək (qılmaq) caizdirmi?
Cavab:Allahın adı ilə. Bu, yalnız Quran oxumaq və müqəddəs məkanları ziyarət etmək kimi və sədəqə vermək və bunun kimi digər müstəqil müstəhəb əməllər üçün caizdir. Allah daha yaxşı biləndir.
Sual:"Təsbihatul-Cəbr" (məcburi təsbih) salamdan sonra üç təkbir gətirilmədən əvvəlmi oxunur, yoxsa üç təkbirdən və ya xanım Fatimətuz-Zəhranın (s.ə) təsbihindən sonra? Bu məsələ tez-tez səfərlər zamanı qarşılaşılır?
Cavab:Allahın adı ilə. Həm xanım Fatimətuz-Zəhranın (s.ə) təsbihindən əvvəl, həm də üç təkbirdən sonra etmək doğrudur. Allah daha yaxşı biləndir.
Sual:Məğrib, işa, zöhr və əsr namazlarında birinci təşəhhüddə müstəhəb olan "Bihəvlilləhi və quvvətihi əqumu və əqud və ərkəu və əscud" deməkdir, yoxsa " Bihəvlilləhi və quvvətihi əqumu və əqud" demək kifayətdir?
Cavab:Allahın adı ilə. Hər iki halda doğrudur. Allah daha yaxşı biləndir.
Sual:Gündəlik namazların nafilələrində dirilərin naiblik icazəlidirmi?
Cavab:Allahın adı ilə. Müqəddəs ziyarətgahları ziyarət etmək və Quran oxumaq kimi müstəqil müstəhəbb əməllərdən və sədəqə vermək və bu kimi digər müstəqil müstəhəblərdən başqa, caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Əgər bir şəxs həyatında çoxlu çətinliklərlə üzləşib, alimlərə, xiromantiyaçılara, münəccimlərə müraciət edib, müəyyən bir şəkildə xilas olmaq və rahatlanmaq üçün heç bir xüsusi yol olmadığını aşkar etsə, bu bəlalardan və problemlərdən xilas olmaq üçün ona xüsusi bir namaz qılmaq vacibdirmi? Bu problemin son həlli nədir?
Cavab: Allahın adı ilə, Heç kimin öz istəyinə uyğun olaraq bir namazı şəriləşdirməyə haqqı yoxdur. Əksinə, məsumlardan (ə.s) rəvayət olunan namazlar vardır ki, onlardan birini seçər. Həmçinin, imkanı daxilində ehtiyac sahiblərinə sədəqə verməklə Allaha yaxınlaşar. Şübhəsiz, Allah bəlaları sədəqə ilə dəf edir. Allah hidayət edən və alimdir.
Sual: Dua və adab kitablarında çoxlu müstəhəb əməllər, sözlər və işlər tapırıq, Sual: 1. Müctehidə onların müstəhəbliyinin sabit olub olmamasını dəqiqləşdirmək üçün müraciət etmədən onlara əməl etmək caizdir? 2. Onları xütbə və mühazirələrdə və sosial mediada yaymaq caizdir?
Cavab: Cavab: 1/ Allahın adı ilə, Əgər qeyd etdiklərin dua və başqaları, bizim xeyirxah alimlərimizin mötəbər kitablarının birində qeyd olunması kifayət edir, və müstəhəbliyinə hökm olunacaq çünki dua mütləq şəkildə müstəhəbdir, amma duanı Məsumlara (ə) nisbət vermək isə o nisbətin səhihliyindən aslıdır, amma onlardan biri qeyri mötəbər kitablarda olsa və onlar şəriət ilə ziddiyyət təşkil edən şeylərdən boş olsa onlara mültəzim olmaqda heç bir işkalı yoxdur. Lakin Məsumlara (ə) nisbət verilməsin. Allah daha yaxşı biləndir. Cavab: 2/ Allahın adı ilə, Mənbəyini qeyd etməklə yaymaq caizdir, Ehtiyat odur ki, mötəbər kitablarda olandan başqa heç nə nəşr etdirməyəsən. Allah daha yaxşı biləndir.
Sual: Gecə namazını məğrib və işa namazlarından sonra qalmağım caizdir?
Cavab: Allahın adı ilə, Əgər gecə yarısından sonra və fəcr sadiqdən öncə onu qılmağa imkanı yoxdursa caizdir. Allah alimdir.
Sual: Namazda əlləri saxlamağın xüsusi forması vacibdir? Namaz qılan şəxsin əllərini aşağı salıb ayaq üstə durması vacibdir? Başqa formalarda caizdir məsələn əlləri ayağının üzərinə və ya qarnının üzərinə qoymaq?
Cavab: Allahın adı ilə, Təqiyyə olmadıqda əlləri aşağı salmaq vacibdir, Qiraət zamanı əllərin içini qarşı tərəfdən budların üzərinə qoymaq, rüku zamanı isə kişiyə əllərini dizinin üzərinə və qadına isə bir az dizindən üstə qoymaq müstəhəbdir, Səcdə halında əlləri qulaqların müqabilində yerə və ya cənamazın üzərinə qoymaq və təşəhhüddə budların üzərinə qoymaq qünut halında isə əlləri qarşıya uzadıb içini yuxarıya açmaq müstəhəbdir. Allah alimdir.
Sual: Ərəfə günün adabları (əməlləri) haqda gələnlər, qüsl və bunun kimi ərəfədə olan şəxslərə məxsusdur? Və yaxud ümumidir həcc və ya ölkəsində olanlara da aiddir? Və həmçinin qurban bayramının gecəsi və gününün əməl və adamları?
Cavab: Allahın adı ilə, Qeyd olunan adablar həccdə olanlara məxsus deyil, əksinə hər bir mükəlləfə aiddir. Allah daha yaxşı biləndir.
Sual: Maşında nafilə namazını qılarkən işıqfor onu saxladı və dayanmasından öncə artıq təkbiri demişdir, mindiyi maşın dayandığı halda o namazına davam edib və qurtarması caizdir? Və əgər dayanmasından öncə təkbir deməsəydi nə etməlidir?
Cavab: Allahın adı ilə, Nə qədər ki, o namaza başlayıb gərək namaza davam edib qılsın, və əgər namaza başlamasa ixtiyar sahibidir istər namaza başlasın və ya başlamasın. Bil həqiqətən nafilə (müstəhəb) namazına hərəkət zamanı başlamaq caizdir, və lakin fərz olunan sualda namazın səhihliyində hərəkət etmək şərt deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra