Sual: Zəkat barədə oxudum və gördüm ki, pula zəkat düşmür. Sualım budur ki, bütün əmlakımı pul şəklində dəyişdirib saxlayaramsa, şəriətə görə bu nə cür sayılacaq?
Cavab: Allahın adı ilə, Sən bu yol ilə Zəkatdan öz nəfsini qaçırtdın. Öz nəfsini böyük əcr və savabdan məhrum etdin. Bil ki, zəkatdan bu cür özünü qaçırtdığın kimi xümsdən özünü qaçırda bilməzsən. Xümsün nisbəti zəkatdan daha çoxdur. Allah hidayət edən və biləndir.