Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Ürək getmə, zəiflik və ya özünü idarə etməyə qüdrəti çatmaya, yəni bir şəxs hiss etsə ki, o və ya onun ətrafındakılar fırlanır və ya hərəkət edir bu zaman onun dəstamazı batil olur?
Cavab: Allahın adı ilə, Yüz faiz yatdığına əmin olmasa dəstamazı batil olmaz. Allah daha yaxşı biləndir.
Sual: Tük əkmə əməliyyatını etdirən şəxsin dəstəmaz alma qaydası necədir, və başının qarşı hissəsinə məsh çəkməyə imkanı yoxdur?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda təyəmmüm edəcək. Allah alimdir.
Sual: Cənabət qüslündən sonra hətta rəca mətlubiyyə ünvanı ilə olsa belə dəstamaz almaq caizdir?
Cavab: Allahın adı ilə, O şəriətdə gəlməyib. Allah daha yaxşı biləndir.
Sual: Dəstamazdan öncə dəstamaz üzvlərini dəstamaza mane olanların varlığından qorxaraq yoxlamaq vacibdir?
Cavab: Allahın adı ilə, Əgər maniənin varlığını ehtimal edirsə axtarış aparmaq vacibdir. Allah alimdir.
Sual: Bir şəxs hər hansı bir soyuqluğa qarşı dərinin həssaslığı xəstəliyinə yoluxub bədənin bir tərəfini məsələn qolun dirsəyə və ya budun dizdən ayaqa qədər açsa əziyyət çəkəcək boğulmaq həddinə çatır, Mühüm budur ki, su ilə dəstamaz və ya qüsl almaq onun üçün üzürlüdür, və əgər təyəmmümdə alsa həssaslıqdan əziyyət çəkəcək, Nəticə olaraq ona hər namaz vaxtı və ya hər gün dəstamaz almaq üzürlü olur və təyəmmüm almaqdan həssaslıq yaranır, burada təharət baxımından namaz üçün onun hökmü nədir?
Cavab: Allahın adı ilə, Ona soyuqdan çəkinmək üçün dəstamaz və ya qüsl almağa isti su hazırlamaq lazımdır və əgər təyəmmüm etməyə zərurət olsa təyəmmüm etmək üçün torpağıda qızdırmaq lazımdır. Allah alimdir.
Sual: Əgər bir şəxs axır vaxtlarda bilə ki dəstamazın bəzi hissələrindəki olan boyanı onun (boyanın) suyu dəriyə çatmasının qarşısını aldığına cahil (bilmədən) olaraq təmizləməyib, keçən illərdə qıldığı namazların hökmü nədir?
Cavab: Allahın adı ilə, Bu kimi dəstamazla qıldığı namazlar batildir onları qəza etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Vacibi işi yerinə yetirmək üçün hətta vaxtı daxil olmamışdan öncədə olsa dəstamaz almaq caizdir. Səhər saat doqquzda gələcək zöhr namazı üçün niyyət edib dəstamaz almaq kimi? Əgər caiz olmasa hökmə cahil olan bir şəxsin bu cür uzun illər etsə hökmü nədir?
Cavab: Allahın adı ilə, Caizdir və namaz düzgündür. Allah alimdir.
Sual: Mən əliləm. Əllərim amputasiya olunub. Valideynlərimin köməyi ilə əl hərəkətlərimi edirəm. Namazım və dəstəmaz və paklığımı hətta istibranı belə onlar icra edirlər. Şəri cəhətdən vacib namazlarımı dəstəmaz və təharətsiz, qüsl və istibrasız yerinə yetirə bilərəm?
Cavab: Allahın adı ilə, Kiçik və böyük hədəs və xəbəsdən pak olmadan namaz səhih deyil. Bil ki, oğlum Allah sənə və valideynlərinə kömək olsun. Bil ki, sən və valideynlərinin bu çətin şəraitə səbr etməklərində böyük əcr və savab var. Qiyamət günündə Muhəmməd və Ali Muhəmmədin şəfaətini əldə edəcəksiz. Sən və valideynlərini bu ayə əhatə edir. (الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ) “Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!” Qiyamət günü məlaikələr sizləri cənnətin qapısında qarşılayar və deyərlər. Dünya evində səbr etdiyinizə görə sizə salam olsun. vəssəlam.
Əvvəl
1
Sonra