Möminlərdən ibarət nümayəndə heyətləri hörmətli mərcəi təqlidi (kölgəsi davamlı olsun) İmam Məhdi Müntəzərin (ə.f) mövludu münasibəti ilə mərkəzi ofisində təbrik ediblər

Möminlərdən ibarət nümayəndə heyətləri hörmətli mərcəi təqlidi (kölgəsi davamlı olsun) İmam Məhdi Müntəzərin (ə.f) mövludu münasibəti ilə mərkəzi ofisində təbrik ediblər



9/3/2023


Hörmətli mərcəi təqlid: Allah İraqı Əhli-Beyt İmamlarının (ə.s) ilk imamının orda olması ilə fərqləndirdi və ədaləti yer üzərinə yaymaq üçün, Əhli-Beyt İmamlarının (ə.s) sonuncu imamının paytaxtı olacaq.

Hörmətli şeyx (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdən və İraqın bir sıra vilayətlərindən, xüsusən də Bəsrənin Feyha şəhərindən gələn çoxlu sayda möminləri və İslam ölkələrindən müqəddəs ziyarətgahları ziyarət edən bir sıra möminləri qəbul etmişdir.

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) möminlər mövlamız imam Məhdi Müntəzərin (ə.f) zühurunun tezləşməsi üçün öz əməllərini və özlərini islah etməsi, bütün əməllərini gündəlik və davamlı mühasibə etməklə həyata keçməsi üçün əməl etmələrini təkidlə qeyd etdi.

Bundan əlavə, hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) İraqın əhəmiyyətini və məqamını və Allahın ona xüsusi məqam bəxş etdiyini vurğulayaraq, hörmətli şeyx təkidlə dedi: “Allah İraqı Əhli-Beyt İmamlarının (ə.s) birinci imamının orda olması ilə seçdi. Və ədaləti bütün yerlərə yaymaq üçün Əhli-beyt İmamlarının (ə.s) son imamının paytaxtı olacaq. Və bu vəd heç vaxt pozulmayacaq”.

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) məclisdə iştirak edənlərə bir sıra şəri və atalıq nəsihəti təqdim etdi və onlar da öz növbəsində hörmətli şeyxə bu xoş ətirli münasibətlə təbrik və xeyir dua etdilər. 







Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla