Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) Aşura briqadalarının komandirini və onu müşayiət edən mücahid heyətini qəbul edir

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) Aşura briqadalarının komandirini və onu müşayiət edən mücahid heyətini qəbul edir



5/3/2023


Şəriət hökmlərində səhlənkarlıq bəlaların davam etməsinə səbəb olacaq...

Hörmətli mərcəi təqlid Nəcəfi (kölgəsi davamlı olsun) nəsihət və göstərişləri dinləmək üçün Səkkizinci Briqadanın (Sərəya Aşura) komandiri cənab Kazım Əl-Cəbrini və onu müşayiət edən döyüşçülərdən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Hörmətli şeyx çıxışında şəriət hökmlərinə laqeyd qalmamağın vacibliyini, ona əməl edilməməsinin müsibətlərin davam etməsinə səbəb olacağını vurğuladı. İlahi təkliflər möminlərin üzərində bir vəzifə olduğunu və onların yerinə yetirilməsinin vacibliyinə diqqət çəkdi. Onların dini məsələlərdə laqeyidsizliyi insan və cəmiyyət üçün ilahi cəzalara səbəb olur.

Hörmətli mərcəi təqlid qeyd etmişdir ki, Allah-təala qulunu və onun məqamını itaət dərəcəsi və ölçüsü miqdarında  yüksəldir.

O (kölgəsi davamlı olsun), sözünə davam edərək, İraqı və müqəddəs ziyarətgahları müdafiə etmək ilahi bir tapşırıq (təklif) olduğunu vurğulayaraq, bunun iraqlılar və möminlərin qanuni vəzifələri yerinə yetirmələrinin məqbul olmasını uca Allahdan diləyirik, və cihad əməliyyatlarında iştirak edənlərin dünya və axirətdə məqamını yüksəltsin.

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) izah etdi ki, mücahidlər müqəddəs ziyarətgahların müdafiəsində uca Allahın, Onun Rəsulunun və Əhli-Beytinin (Allahın salavat və salamı onların hamısının üzərinə olsun) himayəsindədirlər. 




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla