Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəmindən gələn nümayəndə heyətini qəbul etdi
23/1/2024
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəmində xidmət göstərən bir qrup əməkdaşdan ibarət nümayəndə heyətini qəbul etdi. Onların bu səfəri Əmirul-möminin imam Əlini (ə.s) ziyarət etmələri və hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) ilə görüşərək, ata nəsihətlərini və tövsiyələrini dinləmələri çərçivəsində baş tutdu.
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), dini hökmləri və onların qaydalarını öyrənməyin vacibliyini vurğuladı. O, həmçinin möminlərlə münasibətdə Əhli-beytin (ə.s) əxlaqına uyğun davranmağın əhəmiyyətinə toxunaraq, Əhli-beyt imamlarının (ə.s) həyat tərzini əks etdirməyin, onlara xidmət etmək və onlara mənsub olmaq şərəfinin məsuliyyətini dərk etməyin vacibliyini qeyd etdi.
O, insanın özünü islah etməli və təqva dərəcələrində yüksələrək Allahın razılığını qazanmağa çalışmalı olduğunu bildirdi. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), Əhli-beytin (ə.s) rivayətlərində qeyd olunan təqvanın ilk addımı, insanın öz nəfsini hesaba çəkməsi olduğunu vurğuladı.