Bəsrə əl-Feyha…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi gənc nəslin maarifləndirilməsi məqsədi ilə bir sıra dini mühazirələr təşkil etdi

Bəsrə əl-Feyha…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi gənc nəslin maarifləndirilməsi məqsədi ilə bir sıra dini mühazirələr təşkil etdi



17/3/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrə şəhərinin Şafi bölgəsindəki nümayəndəsi gənc nəslin maarifləndirilməsi məqsədi ilə bir sıra dini mühazirələr təşkil edib.

Şeyx Müsənna Rübeyi deyib: “Nümayəndələr tərəfindən mübarək Ramazan ayının gecə və gündüzlərini yaşatmaq məqsədilə bir sıra intensiv dini mühazirələr və dini-mədəni məqsəd daşıyan müsabiqələr, həmçinin mübarək Quran məclislərində və gənc nəslə yönəlik ictimai forumlarda iştirak təşkil olunub".

O, çıxışı zamanı bildirib ki, bu mübarək aydan maksimum faydalanmaq və İslam maarifini, eləcə də Əhli-beyt (ə.s) elmlərini cəmiyyətə çatdırmaq üçün təbliğat fəaliyyətimizi davam etdiririk. Bu işlər, şübhəsiz ki, onların (Əhli-beytin (ə.s)) yolunu yaşatmaq və nəticə etibarilə əsl Muhəmmədi İslam dinini yaşatmaqdır.

Şeyx Rübeyi qeyd edib ki, cəmiyyətin bütün təbəqələri ilə bu cür əlaqələrin qurulması və bu müqəddəs Ramazan fürsətindən istifadə edərək Əhli-beyt (ə.s) düşüncəsini yaymaq zəruridir. 



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla