Vasit şəhəri…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi kasıb və aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ərzaq paylarını paylayıb
17/3/2025
Vasit şəhərinin Əl-Hürr qəsəbəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyi tərəfindən Ramazan ayı münasibətilə ehtiyaclı ailələrə ərzaq payları paylanılıb.
Şeyx Muhəmməd Cabiri bildirib: “Mübarək Ramazan ayında ehtiyaclı ailələrə bir sıra ərzaq payları çatdırdıq. Bu paketlərə şəkər, duru yağ, düyü, çay və digər əsas ərzaq məhsulları daxil idi. Məqsəd bu mübarək ayda onların ehtiyaclarını qarşılamaqdır".
Şeyx Cabiri çıxışı zamanı əlavə edib ki, müəyyən miqdarda ərzaq məhsulları hazırlanaraq bu mübarək Ramazan günlərində aztəminatlı ailələrə paylanıb. Bu fəaliyyət hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) ofisinin təlimatları əsasında həyata keçirilib. Həmin təlimatlar, bu ailələrin halını soruşmaq və onların əsas ehtiyaclarını imkan çərçivəsində qarşılamağı vacib hesab edir.
Şeyx Cabiri əlavə edib: “Bu xeyirxah fəaliyyətlər, kasıb təbəqəyə dəstək göstərmək və ehtiyac içində olan ailələrin dərdlərini azaltmaq məqsədi daşıyır. Bu fürsətdən istifadə edərək xeyriyyəçilərə təşəkkür və minnətdarlığımızı bildiririk. Uca Allahdan onların savabını yazmasını və səylərini mübarək etməsini diləyirir".