Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi təşkil edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi Əmirul-möminin imam Əlinin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi təşkil edib



24/3/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi mübarək Ramazan ayının iyirmi birinci gecəsində Əmirul-möminin imam Əli ibn Əbi Talibin (ə.s) şəhadətinin ildönümü münasibətilə əza məclisi təşkil edib.

Məclisdə elmi hövzənin fəqihləri, müəllim və tələbələri, eləcə də çoxsaylı möminlər iştirak ediblər.

Məclisdə çıxış edən xətib imam Əlinin (ə.s) şəhadəti ilə müsəlmanların üzləşdiyi böyük zülmü və müsibəti diqqətə çatdırıb. O, həmçinin İmamın (ə.s) parlaq həyat yolunu və əsl Muhəmmədi İslamın mahiyyətini qorumaqda göstərdiyi böyük mövqeləri nəzərə çatdırıb.

 


Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla