Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Müqəddəs Kərbəla şəhərindəki nümayəndəsi, aztəminatlı ailələr üçün ərzaq paylanmasını davam etdirir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Müqəddəs Kərbəla şəhərindəki nümayəndəsi, aztəminatlı ailələr üçün ərzaq paylanmasını davam etdirir



24/3/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Müqəddəs Kərbəla şəhərinin Tuvəyric qəzasında yerləşən nümayəndəsi, Müqəddəs Ramazan ayında kasıb və aztəminatlı ailələr üçün ayrılmış ərzaq paylamalarını davam etdirdi.

Seyid Qasım Cabir Musəvi deyib: “Allahın lütfü ilə bu mübarək ayda on doqquzuncu və iyirminci ərzaq paketləri paylanıb. Bu paketlər, yumurta, ağ ət və balıqla birlikdə Kərbəla şəhərindəki ehtiyac sahibi ailələrə həsr olunub. İnşallah bu mübarək ayın sonuna qədər ailələrimizi dəstəkləməyə davam edəcəyik."

O, söhbəti zamanı bildirdi ki, nümayəndəlik bu ay boyunca aztəminatlı ailələrin ehtiyaclarını qarşılayacaq sayda ərzaq paketlərini çatdırmaq üçün böyük səylər göstərib və Allahın izni ilə razı salan nəticələr əldə olunana qədər heç bir səydən çəkinməyəcəklər.

Seyid Qasim Musəvi bu xeyirxah vəzifənin yerinə yetirilməsində kömək edən bütün yardımsevərlərə yüksək təşəkkür və minnətdarlığını bildirdi.

 

 

Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla