Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəminin xidmətçiləri Nəcəfdə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisində

Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəminin xidmətçiləri Nəcəfdə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisində



3/6/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi, Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəminin xidmətçilərinin davamlı ziyarətləri çərçivəsində, Kərbəladakı müqəddəs Əbəlfəzl Abbas (ə.s) ziyarətgahının bir qrup əməkdaşını qəbul edib.

Görüşün əvvəlində, hörmətli Hacı Seyid Muhəmməd Tahir Cəzairi qonaqları səmimi şəkildə qarşılayaraq onların bu davamlı əlaqəni qorumağa göstərdikləri diqqəti yüksək qiymətləndirdi. O bildirdi ki, insan bəzən ailəsinin, işinin, cəmiyyət və siyasətin qayğıları ilə məşğul olduğu zaman öz varlığının mahiyyətini, yaradılma məqsədini və qaçılmaz aqibətini unuda bilər. Bu səbəbdən insanın öz-özü ilə səmimi təhlil aparması, aqibətini düşünməsi zəruridir. Axirətə yalnız öz əməlləri ilə gedəcək.

İki əsas mövzu: Bağışlanma istəniləcək günah və şükür olunacaq nemət.

Seyid Cəzairinin çıxışının əsas mövzusu iki mühüm prinsipə dayanırdı. O, bu barədə məsum imamların (ə.s) rəvayətlərinə istinad edərək danışdı:

Günah – İnsanın ondan bağışlanma diləməsi vacibdir.

Nemət – Onun üçün Allaha şükür edilməlidir.

Seyid qeyd etdi ki, insan səmimi qəlbdən günahlarını etiraf etməli, onlara görə peşman olmalı və ixlasla bağışlanma istəməlidir. Eyni zamanda, Allahın saysız-hesabsız nemətlərini etiraf etməli, dili və qəlbi ilə Allaha şükür etməlidir. Təkcə günahı etiraf etmək yetərli deyil – bağışlanma istəmək vacibdir. Eyni şəkildə, şükrün gerçək mənası yalnız nemətin Allahdan gəldiyini tam şəkildə qəbul etməklə reallaşır; bu şəxsi səylərin məhsulu kimi dəyərləndirilməməlidir.

Həqiqi bağışlanma: Sözlə yox, qəlblə edilən tövbə.

Seyid Cəzairi vurğuladı ki, istğfar (bağışlanma istəmə) yalnız dildə deyilən sözlərlə məhdudlaşmamalıdır. O, qəlbdən gələn, dərin peşmanlıq hissi ilə müşayiət olunmalıdır. Həqiqi tövbə – insanın keçmiş günahlarından səmimi peşmanlıq duyması və bir daha onlara qayıtmamaq üçün ciddi qərar verməsidir. Bu, qəlbi ağrıdan, nəfsini islah etmək istəyən insanın tövbəsidir.

Niyyətə nəzər və qəlbin namazda hazır olması.

Seyid, namaz zamanı qəlbin Allaha yönəlməsinin vacibliyinə də toxundu. Çox insanlar var ki, namazı bədənləri ilə qılırlar, amma qəlbləri və fikirləri dünya işlərində dolaşır. Bu səbəbdən, hədislərdə namazdan sonra üç dəfə istğfar tövsiyə olunur ki, insan niyyətini təzələsin və ibadətdəki ixlasını gözdən keçirsin.

Şükür: İlahi lütfü qəbul etməkdir.

Seyid Cəzairi, şükrün əsası kimi, insanın nemətin mənbəyinin Allah olduğunu qəbul etməsinin vacibliyini qeyd etdi. Bu nemətlərin yalnız şəxsi qabiliyyətlərlə əldə edildiyini düşünmək, şükür anlayışını zədələyir.

Şükr edən insanın üstünlüyü: Neməti aşan səadət.

Seyyid, imam Əli Hadidən (ə.s) gələn mənalı bir rəvayəti xatırlatdı:

“Şükr edən insan, şükür etdiyi nemətdən daha çox xoşbəxtdir. Çünki nemət keçicidir, amma şükür həm nemətdir, həm də axirət mükafatıdır".

Sonda tövsiyə.

Çıxışının sonunda, Seyid Cəzairi iştirakçılara tövsiyə etdi ki, səmimi istğfar və şüurlu şükrü özlərinə azuqə edin. Bu, onların qəbrini nurlandıracaq və Qiyamət günü onlara sığınacaq olacaq. O, hər kəsi özünü dürüstlük və vicdanla hesaba çəkməyə, həyatı peşmanlıq və Allaha minnətdarlıq ruhu ilə yaşamağa çağırdı. Ən böyük təhlükənin isə – qəflət və saxta iddialar olduğunu xatırlatdı.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla