Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin sionist terror hücumu ilə bağlı İran İslam Respublikasına dair bəyanatı

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin sionist terror hücumu ilə bağlı İran İslam Respublikasına dair bəyanatı



13/6/2025


Sayı: 444

Tarix: 17 Zilhiccə 1446 / 13 iyun 2025-ci il

 

Bismilləhir-Rahmənir-Rahim

Allah-taala buyurur:

“Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!”

(İnsan 76/31)

Allah-taala doğru buyurmuşdur.

Biz Fələstini işğal etmiş sionist rejimin İslam dünyasına qarşı davamlı hücumlarını və bu dəfə cümə günü sübh vaxtı İran İslam Respublikasına qarşı həyata keçirdiyi terror hücumlarını qətiyyətlə pisləyir və qınayırıq.

Bu hücum nəticəsində tanınmış bir qrup alim, yüksək rütbəli hərbi komandir və bir sıra mülki şəxslər şəhid olmuş, elmi mərkəzlər və hərbi infrastruktur hədəf alınmışdır.

Bu cinayətlər, həmin qəsbkar və təcavüzkar rejimin bölgə və xalqları üçün necə böyük təhlükə olduğunu bir daha göstərir. Buna görə biz beynəlxalq ictimaiyyəti, öz nizamnamələrində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və bu təcavüzkar rejimə və onun havadarlarına qarşı təzyiq vasitələrini tətbiq etməyə çağırırıq ki, bu cür hücumların təkrarlanmasının qarşısı alınsın.

Biz, həmçinin, əziz İran xalqına dəstəyimizi bir daha ifadə edir, onları birliyə çağırır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir və bütün şəhid ailələrinə başsağlığı və dərin hüznlərlə paylaşma hisslərimizi çatdırırıq.

 

“Və la həvlə və la quvvətə illə billahil-əliyyil-əzim”.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla