Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, Bəsrə şəhərində gənclər üçün intellektual seminarlar keçirir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, Bəsrə şəhərində gənclər üçün intellektual seminarlar keçirir



9/7/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, Bəsrə şəhərində, müqəddəs imam Hüseyn (ə.s) hərəmin ilə əməkdaşlığ edərək, gənclər üçün dini və intellektual seminarlar silsiləsini təşkil edib. Bu seminarların məqsədi dini şüurun möhkəmləndirilməsi, gənclər arasında dini maarifləndirmə və təbliğatın artırılmasıdır.

Bu seminarlar haqqında açıqlama verən hörmətli Muhəmməd Cabiri, onların İslam əqidəsinin gücləndirilməsi, yüksək əxlaq və prinsipial dəyərlərin gənclərin qəlbində möhkəmləndirilməsi məqsədini daşıdığını bildirib. O, gənclərin çağdaş dövrün çətinlikləri və sosial düşüncə tərzinin dəyişkənliyi ilə mübarizə aparmaları üçün intellektual bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Hörmətli Cabiri, seminarların imam Hüseyn (ə.s) hərəkatının cəmiyyətin şüurunun formalaşmasındakı əhəmiyyətinə, ədalət və ləyaqət dəyərlərinin gücləndirilməsinə və zalımlığa qarşı mədəniyyətli mübarizənin təşviqinə yönəldiyini qeyd edib. O, Kərbəlada baş verənlərdən sosial aspektin də siyasi və dini aspektlər qədər əhəmiyyətli olduğunu və imam Hüseyn (ə.s) hərəkatının uğurunda əsas amil olduğunu bildirdi. Həmçinin, bu hərəkatın İslam dünyasında davamlı islahat hərəkatları üçün ilham qaynağı olduğunu əlavə etdi.

Sözlərini yekunlaşdırarkən, hörmətli Cabiri, imam Məhdiyə (ə.f), mərcəi-təqlidlərə və İslam ümmətinə, xüsusən Əhli-beyt (ə.s) ardıcıllarına, imam Hüseynin (ə.s) Aşura günündə şəhadətini və qanının qılıncı məğlub etməsini xatırladaraq, başsağlığı verib.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla