"Ya Hüseyn" yolu… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Ərbəin yürüşündə iştirak etdi

"Ya Hüseyn" yolu… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Ərbəin yürüşündə iştirak etdi



14/8/2025


Şeyx Əli Nəcəfi: Ərbəin ziyarəti – vicdan sahibləri və Əhli-beytə (ə.s) səmimi sevgi bəsləyənlərin qlobal görüş yeridir.

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müdüri Şeyx Əli Nəcəfi, Nəcəf ilə Müqəddəs Kərbəlanı birləşdirən “Ya Hüseyn” yolu boyunca təşkil olunan Ərbəin yürüşündə iştirak etmişdir.

Yürüş zamanı Şeyx Əli Nəcəfi imam Hüseynin (ə.s) xidmətçiləri, Hüseyni mokiblərin sahibləri və ziyarətçilərlə görüşərək, onlara hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) salamlarını, dualarını və əməllərinin qəbul olunması arzularını çatdırmışdır.

Şeyx Əli Nəcəfi çıxışlarında vurğulayıb ki, Hüseyni əzadarlıq mərasimlərinin yaşadılması - dinin dirildilməsi və ümmətin kimliyinin möhkəmləndirilməsidir. O bildirib ki, "Ya Hüseyn" yolu – birlik, fəzilət və sülh məktəbidir, burada fərqliliklər və parçalanmalar yox olur və hamı imam Hüseynin (ə.s) bayrağı altında bir araya gəlir.

O əlavə edib ki, bu mübarək yürüş cəmiyyəti birləşdirib və imam Hüseynin (ə.s) yolu istisna olmaqla bütün digər mənsubiyyətləri arxa plana atmışdır. O, bu ziyarət mühitindən qardaşlıq və əməkdaşlıq ruhunu gücləndirmək üçün faydalanmağa və ümməti hədəfə alan parçalanma cəhdlərinin qarşısını almağa çağırıb.

Şeyx Nəcəfi qeyd edib ki, Ərbəin ziyarəti dünyada diri vicdan daşıyan və Əhli-beytə (ə.s) səmimi sevgi bəsləyən hər bir kəsin bir araya gəldiyi bir beynəlxalq platformadır. Bu, həmçinin möminlərin Allahla münasibətlərini gücləndirmək, Qurani-Kərimi tilavət etmək, zəvvarlara xidmət göstərmək, gözəl söz yaymaq, nəfsi islah etmək və dini və onun əxlaqi dəyərlərini yaşatmaq üçün bir fürsətdir.

Bununla yanaşı, Şeyx Əli Nəcəfi ziyarət zamanı Hüseyni mokibləri, çadırlara və azmış zəvvarlar üçün yaradılan istiqamətləndirmə mərkəzlərinə baş çəkmiş, onların fədakar fəaliyyətlərini yüksək qiymətləndirmiş, onları təqdir etmiş və hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun)  salam-dualarını onlara çatdıraraq bu böyük xidmətlərinə bərəkət diləmişdir.

 




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla