Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Pakistandakı Müsəlmanların Birliyi Hərəkatının baş katibini qəbul etdi
21/8/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdə Pakistandakı Müsəlmanların Birliyi Hərəkatının baş katibi, senator alim Nasir Abbas Cəfəri və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi.
Görüş zamanı Nəcəful-Əşrəfdəki hövzə elminin mövqeyi, onun elmi və tarixi rolu, yetişdirdiyi böyük elm və maarif sahibləri, eləcə də bu dövrdə alimlərin üzərinə düşən məsuliyyətlər müzakirə olundu.
Öz növbəsində alim Cəfəri, hörmətli mərcəii-təqlidi (kölgəsi davamlı olsun) İslam ümməti üçün ümumilikdə, xüsusilə Hind yarımadasının müsəlmanları üçün böyük bir nemət adlandıraraq, onun mövcudluğunun ümid mənbəyi olduğunu, ofisinin isə İslam ümməti üçün birləşdirici bir çətir sayıldığını vurğuladı.
O, sözlərini belə tamamladı: “Bizim izzətimiz və şərəfimiz sizdəndir” – deyə hörmətli mərcəi-təqlidə (kölgəsi davamlı olsun) təşəkkürünü və minnətdarlığını bildirdı.