Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bağdad şəhərində imam Həsən Əskərinin (ə.s) şəhadətini anmaq üçün əzadarlıq məclisi təşkil edib
4/9/2025
Bağdad şəhərinin Cəmilə məhəlləsində yerləşən “Ənsar” hüseyniyəsində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi imam Həsən Əskərinin (ə.s) şəhadəti münasibətilə əzadarlıq məclisi təşkil edib. Məclisdə möminlər və dini elmlər tələbələri iştirak ediblər.
Məclisdə çıxış edən doktor Əhməd Yasiri imam Həsən Əskərinin (ə.s) həyat yolundan bir hissəni xatırladaraq bildirib ki, Həzrətin dövründə Əhli-beyt (ə.s) məktəbi elm, maarifçilik və İslam şəriətini müdafiə ilə dolu idi. Onun seçilmiş səhabələri, hədis rəvayətçiləri və məktəbinin istedadlı tələbələri bu yolda mühüm xidmətlər göstəriblər.
Dr. Yasiri əlavə edib ki, imam Həsən Əskəri (ə.s) yaşadığı ağır siyasi şəraitə baxmayaraq, dini müdafiə etməkdə, bidətlərlə mübarizədə və tərəddüdə düşən, şübhəyə qapılan insanları hidayət edib imana gətirməkdə qətiyyətli olmuşdur. Bu isə Abbasi xəlifəsi Mütəvəkkilin diqqətini cəlb etmiş, xalqın İmama (ə.s) böyük ehtiram göstərməsi onu narahat etmişdi. Nəticədə, ona zəhər içirərək sui-qəsd təşkil edilmiş və İmam (ə.s) təmkinlə, səbir və şükür içində şəhadətə qovuşmuşdur. Həzrət şəhadətə qovuşanda otuz yaşını belə tamamlamamışdı.
Dr. Yasiri məclisin sonunda imam Zamana (ə.f), böyük alimlərə və bütün Əhli-beyt (ə.s) tərəfdarlarına bu böyük müsibət münasibətilə başsağlığını çatdıraraq, belə söyləmişdir:
“Salam olsun Ona – doğulduğu gün, Rəbbinin risalətini qorumaq yolunda cihad etdiyi gün, şəhid olduğu gün və dirildiləcəyi gün".